Hadisə 4 saylı sağ sahil qəbiristanlığında baş verib. 100 metrdən çox uzunluqda köhnə və hazırda ehtiyat su xətti kəsilərək oğurlanıb. Ötən ilin sentyabrında qəbiristanlığa yeni su xətti çəkilib və davamlı istismar olunan da hazırda məhz o xətdir. Yəni qəbiristanlıqda oğurluqdan sonra su problemi yaşanmır. Bununla belə qəbiristanlığa məxsus dəmir xəttin kəsilməsi xoşagələn hal deyil və cinayət hadisəsi olmaqla yanaşı, həm də ictimai qınaq hədəfinə çevrilib. Yeri gəlmişkən, hazırda qəbirstanlıqda mühafizə sistemi yoxdur.
Mingəçevir Şəhər Bələdiyyəsinin dəfn mərasimləri xidməti sahəsinin nümayəndəsi Rəfael Məmmədov açıqlamasına görə, boru xətlərinin oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına yazılı müraciət olunub. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır. Hələ ki, oğrunun və ya oğruların kimliyi müəyyən olunmayıb.
Şərhlər bağlıdır.