Əhali haqqında dolğun məlumatların əldə edilməsi üçün ilk mənbə əhalinin siyahıyaalınması zamanı əldə edilir. Lakin əhalinin təbii və mexaniki artımının cari uçotu gündəlik həyata keçirilir. 2018-ci il ərzində Mingəçevir şəhərinin daimi əhalisinin sayı (məcburi köçkünlər nəzərə alınmadan) əvvəlki illə müqayisədə 0,8 faiz və ya 872 nəfər artaraq 105435 nəfər olmuşdur.
Əhalinin orta illik sayı isə əvvəlki illə müqayisədə 1106 nəfər və ya 1,1 faiz artaraq 104999 nəfər təşkil etmişdir.
Şəhərin daimi əhalisinin 50662 nəfəri və ya 48,1 faizi kişilər, 54773 nəfəri və ya 51,9 faizi isə qadınlardır. Hal-hazırda şəhərdə orta hesabla hər 1000 kişiyə 1078,9 nəfər qadın düşür.
Şəhər əhalisinin 20,6 faizi və ya 21,7 min nəfəri 0-14 yaşda, 73,1 faizi və ya 77,0 min nəfəri 15-64 yaşda, 6,3 faizi və ya 6,7 min nəfəri isə 65 və yuxarı yaşda olanlardır.
2019-cu ilin 1 yanvar vəziyyətinə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sayı 20188 nəfər olmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 196 nəfər və ya 1,0 faiz azdır. Şəhərdə məskunlaşmış məcburi köçkünlərin 66,1 faizi və ya 13350 nəfəri Ağdam, 19,5 faizi və ya 3940 nəfəri Kəlbəcər, 4,6 faizi və ya 920 nəfəri Laçın, 2,9 faizi və ya 589 nəfəri Şuşа və 6,9 faizi və ya 1389 nəfəri isə digər rayonların sakinləridir.
2018-ci il ərzində şəhərdə 1469, təxminən gündə 4 körpə doğulmuşdur ki, onların da 52,7 faizi və ya 774 nəfəri oğlan, 47,3 faizi və ya 695 nəfəri isə qızdır. Doğulanların 132 nəfəri və ya 8,9 faizi rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulmuşdur. 2017-ci il ilə müqayisədə 2018-ci il ərzində diri doğulanların sayı 23 nəfər və ya 1,6 faiz artmışdır.
2018-ci ildə Mingəçevir şəhərində diri doğulanların sayı ölkə üzrə doğulanların sayının 1,1 faizini, “Aran iqtisadi rayonu” üzrə isə doğulanların 4,7 faizini təşkil etmişdir.
2017-ci il ilə müqayisədə 2018-ci ildə Mingəçevir şəhər əhalisinin hər 1000 nəfərinə hesabı ilə diri doğulanların sayı 13,9-dan 14,0-ə qədər artmışdır. Bu göstərici respublika əhalisinin hər 1000 nəfərinə hesabı ilə diri doğulanların sayı 14,8-dən 14,2-yə qədər, “Aran iqtisadi rayonu” üzrə əhalinin hər 1000 nəfərinə hesabı ilə diri doğulanların sayı 16,1-dən 15,4-ə qədər azalmışdır.
1 yanvar 2018-ci il tarixdən 1 yanvar 2019-cu il tarixə kimi olan dövr ərzində şəhərdə bütün yaşlarda 618 ölüm halı qeydə alınmışdır ki, bu da 2017-ci illə müqayisədə ölənlərin sayından 1,8 faiz və ya 11 nəfər çoxdur. 2018-ci ildə şəhərdə ölənlərin sayı respublika üzrə ölənlərin sayının 1,1 faizini, “Aran iqtisadi rayonu” üzrə isə 5,3 faizini təşkil etmişdir.
2017-ci il ilə müqayisədə 2018-ci ildə Mingəçevir şəhər əhalisinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,8-dən 5,9-ə qədər artmışdır. Bu göstərici respublika əhalisinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9-dan 5,8-ə azalmışdır. “Aran iqtisadi rayonu” üzrə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı dəyişməyərək 5,8 olmuşdur.
Mingəçevir şəhərində 1 yaşa qədər uşaqlar arasında ölüm halları 2018-ci ildə əvvəlki illə müqayisədə 7 nəfər və ya 30,4 faiz azalmışdır. 2018-ci ildə şəhərdə 1 yaşa qədər ölən körpələrin sayı respublika üzrə 1 yaşa qədər ölən körpələrin sayının 1,0 faizini, “Aran iqtisadi rayonu” üzrə isə 1 yaşa qədər ölən körpələrin sayının 4,6 faizini təşkil etmişdir.
2017-ci il ilə müqayisədə 2018-ci ildə Mingəçevir şəhər əhalisinin hər 1000 nəfər diri doğulana 1 yaşa qədər körpə ölümü əmsalı 14,1-dən 10,9-a qədər azalmışdır. Bu göstərici respublika əhalisinin hər 1000 nəfər diri doğulana 1 yaşa qədər körpə ölümü dəyişməyərək 11,1 olmuş, “Aran iqtisadi rayonu” üzrə isə əhalinin hər 1000 nəfər diri doğulana 1 yaşa qədər körpə ölümü 10,9-dan 11,2-yə qədər artmışdır.
Əvvəllər olduğu kimi, körpə ölümlərinin əsas səbəbləri tənəffüs orqanlarının xəstəlikləri, perinatal dövründə əmələ gələn hallar və eləcə də yoluxucu və parazitar xəstəliklərdir.
Ölümün əsas səbəbləri:
– qan dövranı sisteminin,
– yeni törəmələr və tənəffüs orqanlarının xəstəliklərindən ibarətdir.
Beləliklə, 2018-ci il ərzində şəhər əhalisinin təbii artımı 851 nəfər olmuşdur ki, bu da ötən illə müqayisədə 12 nəfər və ya 1,4 faiz artmışdır. Şəhərimizin təbii artımı ölkə üzrə təbii artımın 1,0 faizini, “Aran iqtisadi rayonu” üzrə təbii artımın 4,4 faizini təşkil edir. 2017-ci il ilə müqayisədə 2018-ci ildə şəhər əhalisinin təbii hərəkətinin göstəriciləri cədvəldəki kimi olmuşdur:
Şəhərdə əhalinin sayının dəyişməsinin səbəblərindən biri də əhalinin miqrasiyasıdır. Əhalinin miqrasiyası haqqında məlumatlar Daxili İşlər orqanlarından daxil olan əhalinin yaşayış yeri üzrə qeydiyyatların aparılması zamanı tərtib edilən gəlmə və getməyə dair statistik uçot sənədlərinin işlənməsi nəticəsində əldə edilir.
2018-ci ildə şəhərə 260 nəfər gəlmiş, 239 nəfər isə şəhərdən getmişdir. Keçən illə müqayisədə gələnlərin sayı 65,8 faiz və ya 501 nəfər, gedənlərin sayı isə 7,7 faiz və ya 20 nəfər azalmışdır. 2018-ci ildə əhalinin hər 1000 nəfərinə hesabı ilə gələnlərin sayı 2,5 və gedənlərin sayı isə 2,3 olmuşdur.
2018-ci il ərzində şəhər üzrə miqrasiya saldosu 21 nəfər, keçən il ərzində isə miqrasiya saldosu 502 nəfər olmuşdur. 2017-ci illə müqayisədə 2018-ci ildə mexaniki artım 481 nəfər azalmışdır.
2018-ci ildə təbii artım nəticəsində şəhər üzrə əhalinin ümumi artımı 872 nəfər olmuşdur.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını cədvəldən görmək olar.
Cədvəldən göründüyü kimi 2018-ci ildə 694 nikah bağlanmışdır ki, bu da ötən illə müqayisədə 34 nikah və ya 5,1 faiz çoxdur. 2018-ci ildə Mingəçevir şəhərində bağlanmış nikahlar ölkə üzrə bağlanmış nikahların 1,1 faizini, “Aran iqtisadi rayonu” üzrə bağlanmış nikahların 5,1 faizini təşkil etmişdir.
2017-ci illə müqayisədə 2018-ci ildə şəhər əhalisinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 6,4-dən 6,6-ya qədər artmışdır. Bu göstərici respublika əhalisinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 6,5-dən 6,4-ə qədər, “Aran iqtisadi rayonu” üzrə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 6,9-dan 6,7-yə qədər azalmışdır.
2018-ci ildə 264 boşanma halı qeydə alınmışdır ki, bu da keçən illə müqayisədə 47 boşanma və ya 21,7 faiz çoxdur. 2018-ci ildə Mingəçevir şəhərində qeydə alınmış boşanma halları ölkə üzrə qeydə alınmış boşanmaların 1,8 faizini, “Aran iqtisadi rayonu” üzrə qeydə alınmış boşanmaların 10,5 faizini təşkil etmişdir.
2017-ci illə müqayisədə 2018-ci ildə əhalinin hər 1000 nəfərinə hesabı ilə qeydə alınmış boşanmaların sayı 2,1-dən 2,5-ə qədər artmışdır. Bu göstərici respublika əhalisinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı dəyişməyərək 1,5 olmuş, “Aran iqtisadi rayonu” üzrə də əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 1,2-dən 1,3-ə qədər artmışdır.
Əhali haqqında daha geniş və dolğun xarakterizə edən demoqrafik iqtisadi və sosioloji məlumatlar sonuncu dəfə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrindən əldə edilə bilər. Mingəçevir əhalisinin tam əksəriyyətini azərbaycanlılar təşkil edir.
Şərhlər bağlıdır.