“Futbolçulara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İdman yarışları vasitəsilə gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkili” layihəsini həyata keçirir. Layihə çərçivəsində “Narkomaniya- könüllü olümdür” mövzusunda rəsm müsabiqəsinə start verilib. İyunun 8-də İsmayıllı rayonu Rəsm Qalereyasında rəsm əsərlərinin qiymətləndirilməsi mərasimi baş tutub. Təqdim olunan 40-a yaxın əsərdən 5-i müsabiqənin qalibi elan edilib və onların müəlliflərinə (1-ci yer- 1 nəfər, 2-ci yer- 2 nəfər və 3-cü yer- 2 nəfər) diplom və mükafatlar təqdim olunub.
Tədbirə İsmayıllı rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, media və QHT nümayəndələri qatılıb. Layihə ekspertiini iştirakilə qalereya salonunda zərərli vərdişlər və onlardan qorunmaq yolları, narkomaniya ilə mübarizədə qeyri formal metodlardan istifadə, uşaqların asudə vaxtının təşkilində idman oyunlarının və idman festivallarının rolu barədə müzakirələr təşkil olunub.
Şərhlər bağlıdır.