Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nar bağlarının effektiv idarəedilməsi üçün

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması”  layihənin icrasına başlayıb.

Layihə çərçivəsində nar bağlarının effektiv idarəedilməsinə kömək məqsədilə xüsusi modul hazırlanacaq və  regionda bu sahədə kadr inkişafına dəstək olmaq üçün maraqlı tərəflərlə əməkdaşlıq ediləcək. Xüsusilə layihənin icrası zamanı  Göyçay regional kənd təsərrüfatı idarəsi, Göyçay peşə liseyi və Göyçay Regional Peşə Tədris Mərkəzi ilə yaxından əməkdaşlıq ediləcək. “Layihə çərçivəsində təsərrüfat sahiblərinin nar məhsulunun istehsalı üçün səciyyəvi olan ehtiyaclarını müəyyənləşdirməyə,  nar  bağlarının aqrotexniki qaydada düzgün idarəedilməsi üçün 30 nəfər gəncin bilik və bacarıqlarını artırmağa çalışacağıq”- təşkilatın sədri Əzizağa Atakişiyev müxbirimizlə söhbətində  belə deyib.

Təlimlərin sonunda istehsal müəssisələrinə və nar bağlarına öyrənmə səfərlərinin təşkili  nəzərdə tutulur.

Şahnəzər Bəşirov

Şərhlər bağlıdır.