Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboyda işıqforlar sürücülərdə çaşqınlıq yaradır

Goranboyda 5 yol kəsişməsində  işıqforlar quraşdırılıb. Onların 2-də- Rayon İcra Hakimiyyətinin və Telekommunikasiya Qovşağının yanında  (Heydər Əliyev prospektində) 7 il əvvəl  quraşdırılan elektron işıqforların aşağı hissəsində saniyə göstəricisi həmişə qırmızı rəngdə olur. Həmin işıqforlar Çin  istehsalıdır və respublikada elektron işıqforlar təzə qoyulan zaman  quraşdırılıb. Mütəxəssislərin dediyinə görə. həmin saat mexanizmini işıqlandıran işıq diodları qırmızı rəngdədir. Halbuki müasir tipli işıqforlarda saniyə göstəricisi işıqforun işığına uyğun şəkildə dəyişir.

Şəhərdə yaşayanlar buna vərdiş etdikləri üçün avtomobili idarə edəndə heç bir çətinlik yaşamırlar, ancaq bu vəziyyət qonaqları çaşdırır.

Şərhlər bağlıdır.