Nar bağlarının effektiv idarəedilməsi üçün
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” layihənin icrasına başlayıb.
Layihə çərçivəsində nar bağlarının effektiv idarəedilməsinə kömək məqsədilə xüsusi modul hazırlanacaq və regionda bu sahədə kadr inkişafına dəstək olmaq üçün maraqlı tərəflərlə əməkdaşlıq ediləcək. Xüsusilə layihənin icrası zamanı Göyçay regional kənd təsərrüfatı idarəsi, Göyçay peşə liseyi və Göyçay Regional Peşə Tədris Mərkəzi ilə yaxından əməkdaşlıq ediləcək. “Layihə çərçivəsində təsərrüfat sahiblərinin nar məhsulunun istehsalı üçün səciyyəvi olan ehtiyaclarını müəyyənləşdirməyə, nar bağlarının aqrotexniki qaydada düzgün idarəedilməsi üçün 30 nəfər gəncin bilik və bacarıqlarını artırmağa çalışacağıq”- təşkilatın sədri Əzizağa Atakişiyev müxbirimizlə söhbətində belə deyib.
Təlimlərin sonunda istehsal müəssisələrinə və nar bağlarına öyrənmə səfərlərinin təşkili nəzərdə tutulur.
Şahnəzər Bəşirov
Şərhlər bağlıdır.