“N” saylı hərbi hissəyə “Açıq qapı” gününə gələnlər nəyin şahidi oldular?
Azərbaycan Silahlı Qüvvələri günü ərəfəsində “N” saylı hərbi hissədə “Açıq qapı” günü təşkil olunub. Tədbirdə zabitlər, əsgərlər, valideynlər, ictimaiyyət nümayəndələri və Mingəçevir bələdiyyəsinin üzvləri iştirak ediblər. Hərbi hissənin komandiri sıraya düzülən əsgərlər qarşısında çıxış edərək, əsgərlər üçün yaradılmış şəraitdən danışıb və şəraiti valideynlərin yerində görmələri üçün üç aydan bir “Açıq qapı” günü keçirildiyini bildirib.
Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayev ölkəmizin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, hərbi, sosial sahələrdə inkişaf etdiyindən, hərbiçilərimizə göstərilən dövlət qayğısından, əsgərlərimizin hər an torpaqlarımızı işğaldan azad etmək gücündə olduğundan danışıb.
Sonra qabaqcıl, nümunəvi əsgərlərə təşəkkürnamələr verilib. Musiqi sədaları altında əsgərlərə sərbəstlik verilib. Qonaqlara əsgər yataqxanası, əsgərin gündəlik yemək rasionu, geyim və silahları nümayiş etdirilib. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu.
Tədbir çay süfrəsi ətrafında yekunlaşdı.
Şərhlər bağlıdır.