“Nərgiz” kilinikası qapılarını mingəçevirlilərin üzünə açdı
Iyulun 6-da Mingəçevirdə “Nərgiz” klinikasının açlışı olub. Mərasimdə klinikanın icraçı direktoru Ülvü Çələbiyev sahibkarlığın inkişafına göstərilən qayğıya görə dövlət başçsına minnətdarlıq edib, yeni müalicə müəssisəsinin əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verəcəyini vurğulayıb: “İlkin mərhələdə burada 35 vətəndaş daimi işlə təmin olunub ki, onlardan da 15 nəfəri xüsusi kurs keçmiş həkimlərdir. Ümumu sahəsi 1600 kvadratmetr olan klinika qəbul, kardiologiya, nevrologiya, terapiya, ginekologiya, pediatriya, dermotologiya və kosmetologiya otaqlarından, laboratoriyadan ibarətdir. Holter cihazı, EKQ, stres test və ultrasəs müayinəsi aparatları, biokimyəvi və hormonal analizlər üçün avadanlıqları quraşdırılıb. Bu avadanlıqlar Almaniya,İspaniya və İtaliya istehsalıdır. Yaxın gələcəkdə cərrahiyyə, reanimasiya, fizoterapiya, oftalmolagiya və lor şöbələri, rentgen və MRT kabinetlərini açmaq, işçılərin sayını 100-ə çatdırmaq, gələcəkdə əlillərə, şəhid ailələrinə, imkansız ailələrə 30-50% güzəştlər etmək nəzərdə tutulub”.
Mingəçevir İcra Hakimiyyəti başçısının müavini, İctimai, siyasi-humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov da təbriklərini çatdırıb, gələn qonaqların sağlamlığının etibarlı əllərdə olacağına ümid etdiyini bildirib.
Ramazan bayramına təsadüf edən açılış mərasimi çay süfrəsi arxasında sona çatıb.
Şərhlər bağlıdır.