2019-cu ilin yanvar ayında Azərbaycana 2 min 267 ədəd minik avtomobili gətirilib, bunun dəyəri 27 mln. 141,1 min dollar təşkil edir. Bu, dəyər ifadəsində 2018-ci ilin yanvar ayının göstəricisindən 2,1 dəfə çoxdur.
Oxu.Az xəbər verir ki, bu ilin yanvarda Azərbaycana 3 mln. 294,8 min dollar dəyərində 215 ədəd yük avtomobili, 638,6 min dəyərində 18 ədəd avtobus gətirilib. Alınan avtobusların sayında ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfəyə yaxın artım var.
Qeyd edək ki, Azərbaycanda 2018-ci ildə avtomobil müəssisələri tərəfindən 1286 minik avtomobili istehsal edilib.
Neftçala və Naxçıvan avtomobil zavodlarında 1008 ədəd “Khazar” və 278 ədəd “NAZ Lifan” markalı minik avtomobili istehsal edilib.
Ötən il ərzində Gəncə Avtomobil Zavodunda 1303 ədəd traktor MTZ, 697 ədəd traktor qoşqusu, 100 ədəd URAL, 58 ədəd KAMAZ, 9 ədəd HALLER məişət tullantıları daşıyan maşın istehsal edilib.
2018-ci ildə Azərbaycana 407 mln. 634,8 min dollar dəyərində minik avtomobilləri gətirilib ki, bu da 2017-ci ilin göstəricisindən 1,9 dəfə çoxdur. İdxal olunmuş avtomobillərin sayı 26,147 min ədəd təşkil edib.
İ.Abdullayeva
Источник: oxu.az
Şərhlər bağlıdır.