N.Bayramov: “Mingəçevirin qadınları da gözəl və savadlıdırlar”
Martin 7-də 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir qrup fəal qadınla görüşüb. İH-nın başçısı qadınlara göstərilən diqqət və qayğıdan söz açıb: “Dünyada kişilərlə bərabər qadınlarımız da bütün sahələrdə çalışırlar. Azərbaycan cəmiyyətində xanımlarımızın normal fəaliyyəti üçün şərait yaradılıb. Mingəçevirin qadınları da gözəl və savadlıdırlar. Hamınızın bayramını təbrik edirəm”.
N.Bayramovun sözlərinə görə, şəhər əhalisinin 52%-ni qadınlar təşkil edir. Onların 20%-i işləyir, 80 qadın rəhbər vəzifədədir, 1000-dən çox xanım sahibkarlıqla məşğuldur. Ali təhsil müəssisələrində 18 nəfər alim qadın fəaliyyət göstərir.
Çıxış edən K.Tahirova, M.İsmayılova, V.Əhmədova, L.Əsgərova və K.Məmmədova da qadınlara qayğıya görə İH başçısına təşəkkür ediblər.
Tədbirin sonunda Mingəçevirin ictimai həyatında fəal iştirak edən bir qrup qadına İH adından fəxri-fərmanlar verilib.
Şərhlər bağlıdır.