Almaniyalı jurnalistlər Mingəçevirin tarixi ilə maraqlanıb, alman qəbiristanlığına səfər ediblər
Tarix muzeyinin direktoru Nofər Məmmədəliyev qonaqlara Mingəçevirin qədim yaşayış məskəni olduğunu, son illərədək aparılan qazıntılar zamanı aşkarlanan insan və məişət avadanlıqlarının qalıqları, qədim Qarabağ xalçası və digər məlumatları verib.
O, qonaqlara Villi Deşşin əl yazması olan xatirələr kitabını göstərib: “1943-ci ildə Stalinqrad cəbhəsində mühasirəyə düşən 100 minlik alman ordusunun 10 min əsgəri Mingəçevir su anbarının və bir sıra digər tikintilərə cəlb edilib. Həmin hərbi əsirlərdən biri Villi Deşş Almaniyaya qayıdandan sonra burda gördüklərini, yaşadıqlarını və mingəçevirlilərin hərbi əsirlərə xoş münasibətini qələmə alıb. O, 1998-ci ildə Mingəçevirə gəlib və xatirə kitabını muzeyimizə hədiyyə edib. Bu kitab bizim üçün dəyərlidir. Əl yazma Almanacadır və onun dilimizə tərcümə olunmasına ehtiyac var”.
Mədəni Mübadilə İnstitutunun direktor müavini, jurnalisti və media təlimçisi, Ulrike Butmaloiu muzeylə bağlı təssüratlarını bizimlə bölüşüb: “Muzey kompakt və aydın şəkildə Mingəçevirin və ətraf ərazilərin tarixini anladır. Muzeydə alman hərbi əsirlərinin bu cür göstərilməsi və onlara olan maraq bizi çox mütəəssir etdi və inamımızı artırdı ki, həm özəl, həm də peşəkar münasibətləri qoruyub saxlamaq lazımdır”.
Fotoqraf və pedaqoq Markus-Andreas Mohr isə deyib: “Azərbaycana bütün səfərim müddətində həf yerdə olduğu kimi Mingəçevir muzeyində də çox səmimi və böyük qonaqpərvərliklə qarşılandım. Odur ki, ölkənin və regionun qədim və müasir tarixinin muzeydə incəliklə təsvir edilib, göstərilməsi məndə çox xoş təəssürat oyatdı. Tarixin İkinci dünya müharibəsi kimi qaranlıq səhifəsinin şəhərin qurulmasında aldığı yer və bu dövrün mirasının muzeydə yaxşı anlamda xatırlanıb, qorunması, məncə Azərbaycan və Almaniya arasında dostluq üçün yaxşı zəmin yaradır”.
Sonra qonaqlar Mingəçevirdəki Alman Qəbiristanlığına gediblər. Onlar Mingəçevir şəhərində 5 il yaşayaraq, rəhmətə gedən 830 hərbi əsirin məzarlarını ziyarət ediblər.
Şərhlər bağlıdır.