Xəbər verdiyimiz kimi Mingəçevir Dövlət Universitetində (MDU) İdman-sağlamlıq kompleksinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan mini-futbol yarışlarına start verilib.
17 oktyabr 2021-ci il tarixdə ikinci turun oyunları keçirilib:
ENM20 – MU19.1 – 6:8 (pen)
Bİ20.2 – Bİ20.1 – 2:6
Tİ21.1 – DB18 – 1:7
Mq18 – İ19 – 1:3
NM20 – MU19.2 – 1:2
Qeyd edək ki, oktyabrın 10-dan başlayaraq 30-dək davam edəcək yarışlarda olimpiya sistemi tətbiq edilməklə 11 komanda mübarizəyə qoşulub. Oyunlara kompleksin rəhbəri Fərman Məmmədov hakimlik edir.
Məqsəd isə gənclərin hərtərəfli inkişafına hədəflənən əlverişli təhsil mühitinin formalaşdırılmasına xüsusi önəm verən MDU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi üçün müvafiq şəraitin yaradılmasını diqqət mərkəzində saxlamaqdır.
Şərhlər bağlıdır.