Cəmiyyət

Atiq İbrahimovun məzarı yenə çiçək yağışına büründü

Mingəçevirin səhiyyə işçiləri şəhid döyüşçü Atiq İbrahimovun məzarını ziyarət ediblər

Oktyabrın 17-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş  həkimi Eldar Kərimov başda olmaqla bir qrup səhiyyə işçisi, o cümlədən şəhidin anası Gülüş İbrahimovanın çalışdığı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları xiyabanda uyuyan şəhid Atiq Ariz oğlu İbrahimovun şəhadətə qovuşmasının bir illiyi münasibətilə məzarını ziyarətə gəliblər. Ziyarətçilər məzar önünə əklil qoyub, onu çiçək yağışına bürüyüblər. Azərbaycan Ordusunun Zəfər yürüşündə nümayiş etdirdiyi qəhrəmanlıqdan danışan anım tədbiri iştirakçıları taqım komandiri kimi döyüşlərin fəal iştirakçısı olmuş Atiq İbrahimovun xidmətlərindən söhbət açıblar.  Bundan sonra ziyarətçilər xiyabanda uyuyan digər şəhidlərin xatirəsinə də ehtiramlarını nümayiş etdiriblər.

Atiq İbrahimov Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu xəbəri oxumusunuz?

Close
Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker