Multikulturalizm Azərbaycanda həyat tərzidir
Tədbiri giriş sözüylə açan kollecin direktoru Fikrət Zeynalov ölkəmizdə tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verildiyini, cənab prezidentimiz tərəfindən 2016-cı ilin multikulturalizm ili elan edildiyini bildirib: “Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, qəzet və jurnal dərc etdirmək sahələırində bərabər hüquqlara malikdir. Multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmaq mümkündür, həm də burda irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir”.
İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev xalqımızın öz milli-mənəvi dəyərlərini yüksək səviyyədə qoruya bilməsi və inkişaf etdirməsinin müasir Azərbaycanın inkişafında əhəmiyyətindən söz açıb: ”Azərbaycan çoxmullətli bir ölkədir. Burada tarixən bizimlə birgə yaşayan xalqlar özlərini azad, firəvan his ediblər, çünki onlar özlərinə həmişə müsbət münasibət görərək, əzilmədən yaşayıblar və yaşayırlar”.
Sahib Əliyev bildirib ki, multikulturalizm və tolerantlıq bir-birinin azadlığına hörmət hissini təşkil edir: “Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfaqət, dözümlülük, dəyərvermə kimi hislərin cəmiyyətdə yayılması xüsusi məna kəsb edir”.
Müəllimlərdən Murad Mustafayev “İlham Əliyevin multikulturalizm siyasəti ümummilli lider Heydər Əliyevin tolerantlıq siyasətinin davamıdır”, Afaq Cəfərova “Multikulturalizmin Azərbaycan modeli”, diaqnostika fakultəsinin tələbələrindən Nuray Nağızadə və Elnur Rəhimli “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin ən önəmli istiqamətlərindən biridir” mövzularında çıxış ediblər.
Şərhlər bağlıdır.