Statistika

Mingəçevirdə 2015-ci ildə elektrik enerjisi istehsalı

Mingəçevir şəhər Statistika İdarəsinin məlumatı

Mingəçevir respublikanın əsas sənaye mərkəzlərindən biridir. Digər regionlarla müqayisədə Mingəçevir şəhərində sənaye məhsulunun çeşidi daha çoxdur. Şəhərin sənayesi əsasən elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, rezin və plastmas məmulatların istehsalı, maşın və avadanlıqların istehsalı sahələri ilə təmsil olunmuşdur. Mingəçevir şəhərinin sənayesinin  strukturunda elektrik enerjisinin istehsalı aparıcı rol oynayır. 2015-ci ildə ölkə üzrə elektrik enerjisi istehsalının 34,3 faizi Mingəçevir şəhərinin payına düşmüşdür. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində  7 sənaye müəssisəsi, o cümlədən elektrik enerjisi istehsal edən 2 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. 2015-ci ildə  istehsalın həcmi sənayenin ümumi məhsulunun 95,4 faizini təşkil etmiş elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 252,6 milyon manatlıq məhsul istehsal olunmuşdur.

2015-ci ildə ölkədə istehsal olunan  elektrik enerjisinin (əmtəəlik) 7487,6 milyon kVt.saatı və ya 34,3 faizi Mingəçevirdə fəaliyyət göstərən müəssisələr tərəfindən hasil edilmişdir ki, bunun da 94,6 faizi istilik elektrik stansiyasının, 5,4 faizi su elektrik stansiyasının payına düşür.

Əvvəlki illə müqayisədə şəhərdə istehsal olunmuş elektrik enerjisinin (əmtəəlik) həcmi 2,2 faiz və ya 171,3 milyon kvt. saat az olmuşdur. 2015-ci ildə şəhərdə 4,7 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə eyni olmuşdur.

 Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində natura ifadəsində  əsas məhsul növlərinin istehsalı

 

Məhsul növlərinin adı

2015-ci ildə

2014-cü ildə

2015-ci il

2014-cü ilə nisbətən, %-lə

Elektrik enerjisi(əmtəəlik), milyon kVt.saat

7487,6

7658,9

97,8

     su elektrik stansiyasının istehsalı

405,0

295,6

137,0

     istilik elektrik stansiyasının istehsalı

7082,6

7363,3

96,2

İstilik elektrik stansiyalarının istiliyi, min Q.kal

4,7

4,7

100,0

2015-ci ildə elektrik enerjisinin istehsalı və buraxılışının keçən il ilə müqayisəsini aşağıdakı cədvəldən görmək olar.

 

Elektrik və istilik enerjisinin balansı

 

Göstəricilər

2015-ci ildə

2014-cü ildə

2015-ci il 2014-cü ilə nisbətən, %-lə

Elektrik enerjisinin istehsalı min kVt.saat, cəmi

7853692,3

8032132,8

97,8

            o cümlədən

     istilik elektrik stansiyasında

7402814,2

7683639,7

96,3

     su elektrik stansiyasında

450878,1

348493,1

129,4

Enerji istehsalına elektrik enerjisinin xüsusi sərfi min kVt.saat, cəmi

299736,1

298978,9

100,3

o cümlədən

     istilik elektrik stansiyasında

296975,1

296445,1

100,2

     su elektrik stansiyasında

2701,6

2475,4

109,1

     istilik elektrik stansiyalarında istilik enerjisinin istehsalına

59,4

58,4

101,7

Elektrik enerjisinin şindən buraxılışı min kVt. saat,  cəmi

7553956,2

7733153,9

97,7

            o cümlədən

     istilik elektrik stansiyasında

7105779,7

7387136,2

96,2

     su elektrik stansiyasında

448176,5

346017,7

129,5

Stansiyaların texnoloji itkiləri min kVt.saat, cəmi

66304,9

74219,9

89,3

            o cümlədən

     istilik elektrik stansiyasında

23138,5

23843,7

97,0

     su elektrik stansiyasında

43166,4

50376,2

85,7

davamı…..

Göstəricilər

2015-ci ildə

2014-cü ildə

2015-ci il 2014-cü ilə nisbətən, %-lə

Stansiyaların faydalı buraxılışı (əmtəəlik istehsal) min kVt.saat, cəmi

7487651,3

7658934,0

97,8

            o cümlədən

     istilik elektrik stansiyasında

7082641,2

7363292,5

96,2

     su elektrik stansiyasında

405010,1

295641,5

137,0

İstilik enerjisinin istehsalı min Q.kal

4,7

4,7

100,0

İstilik enerjisinin buraxılışı min Q.kal

4,7

4,7

100,0

 

İstilik stansiyalarında elektrik enerjisinin istehsalında təbii qaz və soba mazutu yanacağından istifadə olunur. 2015-ci ildə şəhərin istilik stansiyasında təbii qaz və soba mazutu yanacağının sərfiyyatını aşağıdakı cədvəldən görmək olar.

 

 İstehsala sərf edilmiş yanacaq

 

Göstəricilər

Ölçü vahidi

2015-ci ildə

2014-cü ildə

İstehsala sərf olunan təbii qaz – cəmi

milyon m3

1669,5

2142,3

            o cümlədən

     elektrik enerjisinin istehsalına

milyon m3

1668,8

2141,6

     Istilik enerjisinin istehsalına

milyon m3

0,7

0,7

İstehsala sərf olunan soba mazutu – cəmi

min ton

336,6

3,1

            o cümlədən

     elektrik enerjisinin istehsalına

min ton

336,6

3,1

     Istilik enerjisinin istehsalına

min ton

 

Cədvəldən göründüyü kimi, əvvəlki il ilə müqayisədə 2015-ci ildə təbii qaz yanacağından 472,8 milyon kub metr az, soba mazutu yanacağından isə 333,5 min ton çox istifadə olunmuşdur.

Elektrik enerjisi, qaz  və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 1784 nəfər və ya cəmi işçilərin 58,9 faizi məşğuldur. 2015-ci ildə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində işləyənlərin sayının əvvəlki illə müqayisədə 7,0 faiz artması müşahidə olunmuşdur. 2015-ci ildə sənaye müəssisələrində hesablanmış cəmi əmək haqqının 74,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində mövcud olmuşdur. Orta aylıq nominal əmək haqqı əvvəlki ilin səviyyəsindən elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 3,5 faiz azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində orta aylıq nominal əmək haqqının səviyyəsi bütövlükdə şəhər sənayesi üzrə olan orta göstəricidən 91,4 manat və ya 25,4 faiz çoxdur.

2015-ci ildə ilkin hesablamalara görə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 71,9 min manat dəyərində yeni əsas fondlar istifadəyə verilmişdir. 2015-ci ildə bütün maliyyə mənbələri hesabına şəhərin sənaye müəssisələrində əsas kapitala yönəldilmiş investisiyanın 75,1 faizi və ya 4114,0 min manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsal təyinatlı obyektlərin tikintisinə yönəldilmişdir. Hesabat dövründə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində əsas kapitala yönəldilmiş investisiyanın 4040,8 min manatı tikinti quraşdırma işləridir.

Daha çox

Oxşar yazılar

Close