Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Müasir şagirdə müasir yanaşma layihəsinin açılış tədbiri keçirilib

Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7-ci qrant müsabiqəsi”nin qalibi olan “Müasir şagirdə müasir yanaşma” layihəsinin açılış tədbiri keçirilib.

Oğuz şəhər E. Abdullayev adına 2 nömrəli Təbiət-Texniki Liseyində keçirilən tədbiri layihənin qalibi, liseyin təlim- tərbiyə işləri üzrə direktor müavini fizika müəllimi Zəkəriyyəyeva Təranə tədbir iştirakçılarını salamlayaraq layihə barədə ətraflı məlumat verib.  5 ay müddətində davam edəcək layihə çərçivəsində Oğuz şəhəri Gənclər və İdman sektoru və Oğuz şəhər Uşaq Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq edilməsinin nəzərdə tutulduğunu bildirib. Layihənin staff heyətini tədbir iştirakçılarına təqdim edən T. Zəkəriyyəyeva 8-9-10 cu siniflər arasından layihədə iştirak edən 20 şagirdin müəyyənləşdirilən bacarıqlar əsasında təlimlərə cəlb olunağını bildirib. Bunların hər birinin müəyyənləşməsində dünya praktikasında istifadə olunmuş  testlərdən istifadə olunacağını qeyd edib.

Layinənin eksperti, təlimçi, medya nümaiyəndəsi, Abral Academy Təhsil Mərkəzinin əməkdaşı Aynur Quliyeva, sözügedən layihənin gələcəyin  əhəmiyyətli peşələri üzrə kadr hazırlığına töhfə sayıldığını bildirib. Şagirdlərin olimpiadalara hazırlaşdırılması, olimpiadalarda  iştirak etməsi və qazanacaqları uğurların onların, arzu etdikləri sahədə maarifləndirilməsinə əsas meyar olduğunu qeyd edib. Layihənin hesabatlılığı məqsədi ilə sosial medianın imkanlarından istifadə ediləcəyini, bildirib. Həmçinin ekspert olaraq Elm və Təhsil Nazirliyinin tələb etdiyi formalarda hesabatların hazırlanaraq, nazirliyə təqdim ediləcəyini diqqətə çatdırıb.

Oğuz şəhər Təhsil Sektorunun əməkdaşı Həqiqət Rəsulova Elm və Təhsil nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7- ci qrant müsabiqəsində Oğuz şəhərindən bir neçə layihənin uğur qazandığını bildirib. “Müasir şagirdə müasir yanaşma” layihəsinin də, qalib layihələr sırasında olmasını, təhsilin inkişafına innovativ yanaşma olaraq qiymətləndirib.

2 nömrəli Təbiət-Texniki Liseyin direktoru Qəmzə Süleymanova çıxışı zamanı şagirdlərin maariflənirilməsinə, sosial bacarıqlarının artırılmasına töhfə olacaq bu layihənin icrasında qarşıda duran vəzifələrdən danışıb.  Layihə rəhbərini bu təşəbbüs münasibəti ilə təbrik edən Q. Süleymanova, beş ay müddətində layihənin liseyə verəcəyi töhfənin davamlılığı istiqamətində görülə biləcək işlərdən bəhs edib.

Mingəçevir şəhərində fəaliyyət göstərən Abral Academy təhsil mərkəzinin həmtəsisçisi və  rəhbəri, Tural Abdurahimov çıxışı zamanı akademyada təhsilalanların müasir standartlara cavab verən mühitdə formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb, həmçinin cəmiyyətə yenilikçi gəncliyin inteqrasiyasının prioritet vəzifələrdən olduğunu bildirib. T. Abdurahimov,  akademyanın təcrübələrindən,  müasir şagirdə yanaşma təlim metodlarından danışıb və, özünün təhsil aldığı xarici ölkələrdən Amerika, İngiltərə universitetlərindəki akademik təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.

Mingəçevir Dövlət Universitetinin (MDU) müəllimi, Abral Academy təhsil mərkəzinin müəllimi, təlimçi Şəbnəm İslamova  “Məktəblilərdə idrak proseslərinin inkişafı” , “Məktəblilərdə olimpiyada biliklərinin artırılması”, “Məktəblilərin peşə istiqamətlərində inkişaf etdirilməsi” mövzularında təlimlər aparacağını təlimlərin sonunda “Breyn-Rinq” yarışının təşkil ediləcəyini diqqətə çatdırıb.

Oğuz şəhər Gənclər və İdman sektorunun müdiri Şaiq Rüstəmov layihənin əməkdaşlıq müddətində şagirdlərin sosial inkişafı, intellektual bacarıqlarının üzə çıxarılması üçün lazımi dəstəyin göstəriləcəyini bildirərək, layihə iştirakçılarına uğurlar arzu edib.

Şəhərin Uşaq və Yaradıcılıq mərkəzinin rəhbəri Xəyalə Yusubova “Müasir şagirdə müasir yanaşma” layihəsində Texniki-Təbiət liseyi ilə birgə əməkdaşlıqdan məmnunluq duyduğunu bildirib. Bacarıqlı şagirdlərin üzə çıxarılmasına xidmət edən bu layihədə mərkəzin verə biləcəyi töhfələrdən bəhs edib.

Füzuli rayon Gənclər Evinin müdir müavini, layihələr üzrə təlimçi Etiram Sadıqzadə Elm və Təhsil nazirliyinin elan etdiyi qrant müsabiqəsinin təhsilin inkişafına, şagirdlərin innovativ düşüncə metoduna müsbət təsir göstərdiyini, beş aylıq layihə müdətində iştirakçıların maraqlı və faydalı təcrübələr qazanacığını qeyd edib.

2 nömrəli Təbiət-Texniki Liseyin praktik-psixoloqu Pərvanə Cavadlı,”Stressi tanımaq və onu idarə etmək”,  “Məktəblilərdə hislərin inkişafı”, “Ailədaxili münasibətlər və rollar”, “Məktəblinin şəxsiyyətinin formalaşması xüsusiyyətləri”, “Məktəblilərin fiziki və psixi inkişafı” kimi mühüm mövzuları özündə əks etdirən “Müasir şagirdə müasir yanaşma” layihəsinin uğurlu olacağını, şagirdlərin sosial-psixoloji cəhətdən inkişaf etdirilməsinin prioritet amil olduğunu qeyd edib.

“Oğuz Yurdu” qəzetinin redaktoru Nazim Hüseynli təhsil ocaqlarının müasir dövrümüzün tələbləri ilə yanaşan İnnovativ təşəbbüslü layihələrdə iştirakının vacibliyindən danışıb. Sözügedən layihənin cəmiyyətin sosial baxışına fərqli yanaşma metodunu sərgilədiyini bildirib. Oğuz şagirdlərinin sosial inkişafı, bilik və bacarıqlarına xidmət edəcək olan layihənin işinə uğurlar arzu edib.

Tədbir maraqlı müzakirələrlə davam etdirilib.

Şərhlər bağlıdır.