Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Müəllimlər Gününə musiqi töhfəsi

Dahi Üzeyirin adını daşıyan musiqi ocağında bu münasibətlə konsert proqramı düzənlənib

Oktyabrın 5-də Mingəçevirdə Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd olunub.  Tədbirə məktəbin təqaüdçüləri və başqa musiqi məktəblərinin müəllimləri dəvət olunublar.

Vətən Müharibəsində şəhid olanların ruhu anılıb. Həmçinin gənc nəslin musiqi təhsili və tərbiyəsində əməyini əsirgəmədən çalışmış və dünyasını dəyişmiş müəllimlər xatırlanıb.

Şagirdlər təbriklərini Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa etməklə çatdırıblar. Nümayiş olunan videoçarxda kollektivin çətin və xoş günlərində çəkilən şəkilləri tədbir iştirakçılarını təəssirləndirib.

Məktəbin direktoru Vüsal Məmmədov 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib. O, Birinci Qarabağ Müharibəsində şəhid olan mingəçevirli Natiq Qasımovun şücaəti haqqında ətraflı məlumat verib və onun qardaşı qızı Zəhra Qasımlının bu musiqi məktəbində təhsil almasından qürur duyduğunu deyib. Direktor kollektivin bir qrup müəlliminə gül dəstəsi təqdim edib.

Bayram çay süfrəsi ətrafında davam edib.

Şərhlər bağlıdır.