15 iyun –Milli Qurtuluş Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub. Ulu öndərin siyasi xidmətlərindən bəhs edən inşa və rəsm müsabiqələri keçirilib, Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil olunub və fənn komissiyalaraında aktual müzakirələr aparılıb. Tələbələrin əl işlərindən ibarət rəsm sərgisinə baxışdan sonra bayram tədbiri iştirakçıları “Milli Qurtuluş Günü xalqın xilas günüdür” adlı konfransda bir araya gəlib. Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov, pedaqoqlar Aygül Rəhimova, Ülviyyə Məmmədova və Aygün Hümbətova xalqın qurtuluş yolu, yaşanan sosial, iqtisadi, hüquqi və hərbi böhranlar, ulu öndərin siyasi hakimiyyətə qayıdışı və xilaskarlıq missiyası barədə ətraflı söhbət açıblar.
Konfransda Milli Qurtuluş Gününə həsr olunan videoçarx və tələbə özfəaliyyət qrupu fəallarının ifaları təqdim olunub.
Şərhlər bağlıdır.