Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MTK-da Dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə konfrans keçirilib

230

18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Tələbə gənclərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub, inşa yazı müsabiqəsi və idman yarışları keçirilib, eləcə də dəyrimi masa ətrafında  müstəqillik uğrunda mübarizə tarixinə həsr olunmuş fəal müzakirələr aparılıb. Tədbirlər silsiləsinin ən maraqlı məqamlarından biri  rəsm və əl işləri sərgisinin təşkili ilə bağlı olub. Sərgini ziyarət edən bayram tədbiri iştirakçıları biri birindən məzmunlu əsərlərə baxaraq  xoş təəssüratlar alıb. Nəhayət  iştirakçılar “Müasir Azərbaycan ümummilli lider  Heydər Əliyevin zəkasının məhsuludur” adlı elmi -nəzəri konfransda bir araya gələrək maraq doğuran aktual müzakirələr aparıb.

Konfrans Dövlət himninin canlı ifası ilə öz işinə başlayıb. Konfransda çıxış edən Mingəçevir  Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  dünyanın heç də hər bir millətinə nəsib olmayan  dövlət müstəqilliyinin  Tanrının bir lütfü və  əsrlərə söykənən qanlı-qadalı azadlıq mübarizəsinin  təzahürü olduğunu bildirib. Bu səbəbdən də qazanılmış  azadlığın  və  dövlət müstəqilliyinin sonadək qorunub saxlanılmasının ümummilli vəzifə olduğunu iştirakçıların diqqətinə çatdırıb. Əyyub Əyyubov   ötən əsrin  əvvəllərində qurulmuş Azərbaycan Demokratik Cumhuriyyətinin  23 aylıq şərəfli tarixindən  danışaraq bu ənənələrin artıq əsrin sonunda yenidən bərpa olunan müstəqil Azərbaycan dövlətində daha da möhkəmləndirildiyini qeyd edib. Onu da əlavə edib ki,  müasir milli dövlətçilik ənənələrinin  memarı və ilham qaynağı ümummilli lider Heydər Əliyev olub.

Daha sonra dəyərli elm adamı Azərbaycan Respublikasında  müasir  inkişaf dinamikası haqqında ətraflı söhbət açaraq  prezident, cənab İlham Əliyevin rəhbərliyi  ilə  ölkənin qazandığı iqtisadi, sosial, mədəni və hərbi uğurlardan  danışıb.O cümlədən ölkədə elmə, təhsilə, turizmin inkişafına, pedaqoji fəaliyyətə və kadr hazırlığına göstərilən diqqət və qayğıdan örnəklər çəkib.

Bundan sonra Azərbaycanın  müstəqil tarixinə həsr olunmuş sənədli filmə baxış keçirilib.Ardınca konfransda digər maraqlı və məzmunlu məruzələr dinləniib. Pedaqoqlar Samir Tağızadə, Ceyhun Abdullayev və  tələbə Elnur Məmmədov  müvafiq olaraq  “18 oktyabr-Dövlət müstəqilliyinin elan  olunması”, “Müstəqil Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və  Müstəqillik Günü”  mövzularında çıxış edib.

Konfrans səmimi və fəal dialoq şəklində davam edib.

Konfransın sonunda  kollec özfəaliyyət qrupu fəalları ədəbi- bədii kompozisiya ilə çıxış edərək tədbirin ümumi ruhuna  xoş ovqat qatıb

Şərhlər bağlıdır.