Mingəçevirdə noyabrın 9-da Bayraq günü maraqlı anlarla yadda qalıb. Gənclərin, ictimaiyyət fəallarının iştirakı ilə Heydər Əliyevmeydanından Bayraq Meydanınadək yürüş keçirilib. Yürüşün sonunda eni 7, uzunluğu 14 metr olan möhtəşəm üçrəngli Dövlət Bayrağımız meydana gətirilib. Şəhərin idmançıları yürüş boyu bayrağı başlar üzərində daşıyıblar. Əli bayraqlı digər həmyaşıdları onları müşayiət edib.
Bayraq meydanında Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı yetirmələri rəngarəng bayram proqramı ilə çıxış ediblər.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının, eyni zamanda başqa təşkilatların rəhbərləri və kollektivləri iştirak ediblər.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Əvvəlki yazı
Növbəti yazı
Şərhlər bağlıdır.