MnSK-ların referenduma hazırlığı üçün
Sentyabrın 6-dan 8-dək 47 saylı Mingəçevir seçki dairəsində məntəqə seçki komissiyalarının üzvləri üçün referenduma hazırlıq məqsədilə treninqlər keçirilib. 47 saylı DSK-nın sədri Oqtay Məmmədovun dediyinə görə, treninqlər 3 gün davam edib: “Hər gün 10 məntəqənin komissiya üzvləri təlimlərə qatılıblar. Məqsəd onların yaddaşını yeniləmək, komissiyalara Seçki Məcəlləsinə uyğun olaraq seçki günü işlərini necə qurmağı başa salmaqdır”.
47 saylı DSK-nın üzvü Nübah Mehdiyev komissiya sədrlərinin hüquq və vəzifələri, səsvermə otaqlarının hazırlanması, seçicilərin şəxsiyyətlərini təsdiq edən müvafiq sənədlərin yoxlanılması, MnSk-nın səsvermə qutusunun mühafizəsi, səsvermə günü səsvermə məntəqəsində kimlərin ola biləcəyi, müşahidəçilərin hüquq və vəzifələri, seçki prosesində müstəsna hallar barədə danışıb.
Təlim iştirakçılarına yaddaş kitabçaları paylanılır.
Şərhlər bağlıdır.