Mingəçevirlilər şəhərimizdə keçirilən Birinci Avropa Oyunları barədə fikirlərini bölüşürlər
Ağdamdan məcburi köçkün düşən Arzu Əzimova belə irimiqyaslı tədbirlərin keçirilməsində dövlət başçısı İlham Əliyevin böyük xidməti olduğunu deyir.
-Sizcə, Avropa Oyunları Mingəçevirə nə verdi?
-Hər şey. Mingəçeviri bütün dünya tanıdı. Azərbaycanlıların nələrə qadir olduğunu bir daha bildilər. Turistlər hələ bundan sonra gələcəklər Mingəçevirə.
Avarçəkmə üzrə bir medalımız var. Bizi qabaqda bundan da böyük qələbələr gözləyir. Fəxrimizdi, qürur hissi keçiririk bu hadisələrlə. Oyunçularımız qələbə qazandıqca, medallarla təltif edildikcə sevincimdən ağlayıram. Prezidentimiz idmançıları qucaqladıqca elə bilirəm onların yanındayam. Gün o gün olsun Qarabağda zəfərimizi qeyd edək.
“Hələ ki, 17 medal qazanmışıq. Avropa Oyunlarıyla Azərbaycan hamının gözündə yüksəltdi”-deyən Rəqsanə Əzizovanın cəmi 9 yaşı var: “Biz uğurlarımızı hamıya göstərəcəyik. Mingəçevir də Azərbaycanın fəxridir”.
Şərhlər bağlıdır.