Mingəçevirli gənclər yerli mətbuat nümayəndələrindən bir qrupunu qonaq çağırdı
Mingəçevir Gənclər Evinin dərnək rəhbəri Rəşad Qurbanov dəvəti qəbul edib gəlmiş KİV təmsilçilərini salamlayıb, onlara gənclərin fəaliyyətini mütəmadi işıqlandırdıqlarına görə təşəkkürünü və Milli Mətbuat günü münasibəti ilə təbrikini çatdırıb.
Görüşdə gənclərin uğurlarından, ictimai əlaqələrindən, gələcəyə töhfələrindən danışılıb. Qonaqlar və gənclər arasında fikir mübadiləsi, gələcək əməkdaşlıq çərçivəsində söhbətlər aparılıb. Fəal gənclərdən Ehtiram Sadıqzadə, Zəminə Ədilova, Dağlar Babayev, Samit Musayev maraqlı təkliflər irəli sürüblər. Çay sürfəsi ətrafında davam edən görüşün sonunda tədbirə dəvət olunan İxtiyar Həsənli (azbelediyye.az), Esmira Hidayətova (yeniavaz.com), Mətanət Məmmədova və İslam Şirinova (”Mingəçevir” qəzeti) hədiyyələr təqdim olunub.
Şərhlər bağlıdır.