Mingəçevir Şəhər Statistika İdarəsiStatistika

Mingəçevirin əsas demoqrafik göstəriciləri

2020-ci ilin 01 iyul vəziyyətinə Mingəçevir şəhərinin əsas demoqrafik göstəriciləri

 

Əhali haqqında dolğun məlumatların əldə edilməsi üçün ilk mənbə əhalinin siyahıyaalınması zamanı əldə edilir. Lakin əhalinin təbii və mexaniki artımının cari uçotu gündəlik həyata keçirilir. 2020-ci ilin 01 iyul vəziyyətinə Mingəçevir şəhərinin əhalisinin dəqiqləşdirilmiş sayı (məcburi köçkünlər nəzərə alınmadan) 106328 nəfər olmuşdur. Əhalinin orta illik sayı isə 106188 nəfər təşkil etmişdir.

2020-ci ilin 01 iyul vəziyyətinə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sayı 20311 nəfər olmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 68 nəfər və ya 0,3 faiz çoxdur. Şəhərdə məskunlaşmış məcburi köçkünlərin 66,8 faizi və ya 13567 nəfəri Ağdam, 18,4 faizi və ya 3736 nəfəri Kəlbəcər, 4,7 faizi və ya 953 nəfəri Laçın, 3,2 faizi və ya 643 nəfəri Şuşa və 6,9 faizi və ya 1412 nəfəri isə digər rayonların sakinləridir.

2020-ci ilin yanvar-iyun aylarında şəhərdə 691 uşaq diri doğrulmuşdur ki, bu da əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsal 13,1 olmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında 335 ölüm halı qeydə alınmışdır ki, bu da əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsal 6,3 olmuşdur. 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin müvafiq dövründə diri doğrulanların sayı 10,4 faiz və ya 65 nəfər, ölənlərin sayı isə 1,8 faiz və ya 6 nəfər artmışdır.

2020-ci ilin 6 ayı ərzində Mingəçevir şəhərində diri doğulanların sayı ölkə üzrə doğulanların sayının 1,2 faizini, “Aran iqtisadi rayonu” üzrə isə doğulanların 5,2 faizini təşkil etmişdir. Respublikanın  digər şəhərləri  ilə müqayisə etsək görərik ki, Mingəçevir şəhərində diri doğulanların sayı Şirvan şəhərində diri doğulanların sayına nisbətən 174 nəfər və ya 33,7 faiz, Ucar rayonunda diri doğulanların sayına nisbətən 119 nəfər və ya 20,8 faiz çox, Ağdaş rayonunda diri doğulanların sayına nisbətən 42 nəfər və ya 5,7 faiz və Yevlax rayonunda diri doğulanların sayına nisbətən 194 nəfər və ya 21,9 faiz  azdır.

2019-cu ilin 01 iyul vəziyyəti ilə müqayisədə 2020-ci ilin 01 iyul tarixinə Mingəçevir şəhər əhalisinin hər 1000 nəfərinə hesabı ilə diri doğulanların sayı 12,0-dən 13,1-ə qədər artmışdır. Bu göstərici respublika əhalisinin hər 1000 nəfərinə hesabı ilə diri doğulanların sayı 12,0, “Aran iqtisadi rayonu” üzrə əhalinin hər 1000 nəfərinə hesabı ilə diri doğulanların sayı 13,1, Şirvanda isə şəhər əhalisinin hər 1000 nəfərinə hesabı ilə diri doğulanların sayı 11,9 olmuşdur.

01 yanvar 2020-ci il tarixindən 01 iyul 2020-ci il tarixinə kimi olan dövr ərzində şəhərdə bütün yaşlarda 335 ölüm halı qeydə alınmışdır ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayından 1,8 faiz və ya 6 nəfər çoxdur. 2020-ci ilin 01 iyul vəziyyətinə şəhərdə ölənlərin sayı respublika üzrə ölənlərin sayının 1,1 faizini, “Aran iqtisadi rayonu” üzrə isə 5,4faizini təşkil etmişdir. Respublikanın  digər şəhərləri  ilə müqayisə etsək görərik ki, Mingəçevir şəhərində qeydə alınmış ölüm hallarının sayı Şirvan şəhərində ölənlərin sayına nisbətən 117 nəfər və ya 53,7 faiz, Ucar rayonunda ölənlərin sayına nisbətən 61 nəfər və ya 22,3 faiz çox, Ağdaş rayonunda ölənlərin sayına nisbətən 22 nəfər və ya 6,2 faiz, Yevlax rayonunda ölənlərin sayına nisbətən 66 nəfər və ya 16,5 faiz azdır.

2019-cu ilin 01 iyul vəziyyəti ilə müqayisədə 2020-ci ilin 01 iyul tarixinə Mingəçevir şəhər əhalisinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı dəyişməyərək 6,3 olmuşdur. Bu göstərici respublika əhalisinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,3, “Aran iqtisadi rayonu” üzrə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,1, Şirvanda isə şəhər əhalisinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,0 olmuşdur.

2020-ci il ərzində şəhər əhalisinin təbii artımı 356 nəfər olmuşdur ki, bu da ötən illə müqayisədə 59 nəfər və ya 19,7 faiz artmışdır. Şəhərimizin təbii artımı ölkə üzrə təbii artımın 1,3 faizini, “Aran iqtisadi rayonu” üzrə təbii artımın 4,9 faizini təşkil edir. Respublikanın  digər şəhərləri  ilə müqayisə etsək görərik ki, şəhərimizdə təbii artım Şirvan şəhərinə nisbətən 57 nəfər və ya 19,1 faiz ,Ucar rayonuna nisbətən 58 nəfər və ya 19,5 faiz çox, Ağdaş rayonuna nisbətən 20 nəfər və ya  5,3 faiz, Yevlax rayonuna nisbətən 128 nəfər və ya 26,4 faiz azdır.

Şəhərdə əhalinin sayının dəyişməsinin səbəblərindən biri də əhalinin miqrasiyasıdır. Əhalinin miqrasiyası haqqında məlumatlar Daxili İşlər orqanlarından daxil olan əhalinin yaşayış yeri üzrə qeydiyyatların aparılması zamanı tərtib edilən gəlmə və getməyə dair statistik uçot sənədlərinin işlənməsi nəticəsində əldə edilir.

2020-ci ilin 01 iyul vəziyyətinə şəhərə 28 nəfər gəlmiş, 104 nəfər isə şəhərdən getmişdir. Bu dövrdə şəhər üzrə miqrasiya azalması 76 nəfər olmuşdur.

2020-ci ilin 01 iyul vəziyyətinə təbii artım nəticəsində şəhər üzrə əhalinin ümumi artımı 280 nəfər olmuşdur.

2020-ci ilin 01 iyul vəziyyətinə 172 nikah bağlanmışdır ki, bu da ötən illə müqayisədə 123 nikah və ya 41,7 faiz azdır. 2020-ci ilin 01 iyul vəziyyətinə Mingəçevir şəhərində bağlanmış nikahlar ölkə üzrə bağlanmış nikahların 1,0 faizini, “Aran iqtisadi rayonu” üzrə bağlanmış nikahların 4,1 faizini təşkil etmişdir. Respublikanın digər şəhərləri ilə müqayisə etsək görərik ki, şəhərimizdə bağlanmış nikahların sayı Şirvan şəhərinə nisbətən 39 nikah və ya 29,3 faiz çox, Ucar rayonuna nisbətən 25 nikah və ya 12,7 faiz, Ağdaş rayonuna nisbətən 58 nikah və ya 25,2 faiz və Yevlax rayonuna nisbətən 63 nikah və ya 26,8 faiz azdır.

2019-cu ilin 01 iyul vəziyyəti ilə müqayisədə 2020-ci ilin 01 iyul tarixinə şəhər əhalisinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 5,6-dan 3,3-ə qədər azalmışdır. Bu göstərici respublika əhalisinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 3,6, “Aran iqtisadi rayonu” üzrə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 4,1, Şirvanda isə şəhər əhalisinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 3,1 olmuşdur.

2020-ci ilin 01 iyul vəziyyətinə 122 boşanma halı qeydə alınmışdır ki, bu da keçən illə müqayisədə 13 boşanma və ya 9,6 faiz azdır. 2020-ci ilin 01 iyul vəziyyətinə Mingəçevir şəhərində qeydə alınmış boşanma halları ölkə üzrə qeydə alınmış boşanmaların 1,7 faizini, “Aran iqtisadi rayonu” üzrə qeydə alınmış boşanmaların 8,8 faizini təşkil etmişdir. Respublikanın digər şəhərləri ilə müqayisə etsək görərik ki, şəhərimizdə qeydə alınmış boşanmaların sayı Şirvan şəhərinə nisbətən 46 boşanma və ya 60,5 faiz, Ağdaş rayonuna nisbətən 37 boşanma və ya 43,5 faiz, Ucar rayonuna nisbətən 49 boşanma və ya 67,1 faiz çox, Yevlax rayonuna nisbətən isə 55 boşanma və ya 31,1 faiz azdır.

2019-cu ilin 01 iyul vəziyyəti ilə müqayisədə 2020-ci ilin 01 iyul tarixinə şəhər əhalisinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 2,6-dan 2,3-ə qədər azalmışdır. Bu göstərici respublika əhalisinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 1,4, “Aran iqtisadi rayonu” üzrə əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 1,4, Şirvanda isə şəhər əhalisinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 1,7 olmuşdur.

Əhali haqqında daha geniş və dolğun xarakterizə edən demoqrafik iqtisadi və sosioloji məlumatlar sonuncu dəfə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrindən əldə edilə bilər. Mingəçevir əhalisinin tam əksəriyyətini azərbaycanlılar təşkil edir.

Daha çox

Oxşar yazılar

Close