Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin sahil parkında insanlar suya düşsələr də, xoşbəxtlikdən xəsarət almadılar

“Fevralın 8-də Mingəçevirdə Kür sahilindəki parkda insanları şoka salan hadisə baş verib. Saat 17 radələrində parkın daş döşəməsi müəyyən bir hissədə özülündən çöküb. Hadisə vaxtı həmin yerdə dayanmış 2 qadın və 3 azyaşlı uşaq Kürə düşüb”.
Bu barədə məlumatı foto ilə birlikdə Rauf Hamidli adlı istifadəçi facebook-da yazıb.
Hadisə ilə bağlı Mingəçevirdən olan Milli Məclisin üzvü Aydın Mirzəzadə də facebook səhifəsində status paylaşıb: “Bu gün fevralın 8-də saat 17 radələrində Mingəçevirdə Kür sahilindəki bulvarın çay üzərindəki döşəməsində bir plitə sökülərək dağılıb. 1971-ci ildə Kür çayınını sahilində svaylar üzərində bütün sahil böyu piyada yolu yaradılaraq istirahət parkına çevrilmişdi. Mən özüm 13-14 yaşında həmin istirahət zolağının yaradılmasının şahidi olmuşam.
Hadisədən gec xəbər tutduğuma görə indilərdə Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham müəllim İsmayılovla əlaqə saxladım və məlumatı dəqiqləşdirdim. O bildirdi ki, piyada zolağının salındığı dəmir-beton plitələrdən biri bir anda çöküb. Həmin an təsadüfən onun üzərində olan üç nəfər metryarımlıq çökəyə düşsələr də heç bir xəsarət almayıblar. Hadisə yerinə gələn təcili yardım həkimləri onlarda heç bir zədə müşahidə etməyiblər və onlar sərbəst buraxılıb.
Hal-hazırda şəhərin rəhbərləri hadisə yerindədirlər. Həm indi, həm də sabahdan başlayaraq piyada istrahət yolu ciddi şəkildə yoxlanacaqdır”.

Şərhlər bağlıdır.