Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin İcra Hakimiyyəti başçısı: “Xüsusi karantin rejimində xeyli yumşaldılma baş verdi, amma bu, arxayınçılığa əsas vermir”

Aprelin 29-da Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin kommunal sahə işçiləri ilə onlayn formatda görüşüb. Mayın 2-də isə icra başçısı yanında Operativ Qərargagın videotoplantısı keçirilıib. 21 təşkilatın qoşulduğu konfransın məqsədi Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 1-də qəbul etdiyi yumşaldılma qərarı ilə bağlı olub.

Müxbirimizin suallarını cavablandıran Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib ki, COVİD-19 infeksiyasına qarşı mübarizənin ilk günlərindən şəhərdə sanitar-təmizlik və maarifləndirmə tədbirləri davamlı şəkildə aparılır: “Biz şəhərin girişində xüsusi aparat vasitəsilə adamların sağlıamlığını yoxlamağa nail olduq. Sanitar–epidemioloji vəziyyət mütamadi təhlil edilir, insanların tibbi maska və dezinfeksiyaedici məhlullardan istifadə etməsinə ciddi nəzarət olunur. Dezinfeksiya işləri bundan sonra da həftə ərzində 2 dəfə olmaqla bütün yaşayış  binalarında, küçə və məhəllələrdə davam etdiriləcək. İdarə və müəssisələrə, xüsusən MİS-lərə tapşırıq vermişik ki, əhali ilə izahat işlərinə ara verməsinlər.”

İ.İsmayılov konfransda mingəçevirlilərə çağırış da edib: “Ölkə miqyasında, o cümlədən şəhərimizdə tələblərə ciddi əməl olunması nəticəsində xüsusi karantin rejimində xeyli yumşaldılma baş verdi, amma bu, arxayınçılığa əsas vermir. Yəni 10 nəfərdən artıq şəxs bir yerə yığışmamalıdır. Maskalardan maksimum istifadə olunmalıdır. 65 yaşından yuxarı insanların evdən çıxmasına qadağa götürülməyib. Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Abşeron rayonu istisna olmaqla, digər rayonlar arasında gediş-gəliş bərpa olunsa da, hələ ki, ictimai nəqliyyat işləmir. Hamını şəxsi gigiyena, eləcə də tibbi-proflaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə səsləyirəm. İmkan daxilində az gəliş-gediş edək, zərurət olmayacağı təqdirdə küçəyə çıxmayaq. Unitmayaq ki, zərurət yaranarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür”.

Məlumat üçün bildirək ki, 20 mart 2020-ci ildən etibarən Mingəçevirdə Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Qərargahın 24 saat aktiv olan qaynar xətti vasitəsilə şəhər sakinləri onları maraqlandıran suallar və narahat edən məsələlərlə bağlı məlumat ala bilirlər. Mingəçevir şəhər İcra Hakimiyyətinin iclasları isə bir müddətdir ki, videoformatda keçirilir. İH yanında yaradılmış operativ qərargahın  iclaslarında koronavirus (COVİD-19) pandemiyası ilə bağlı müzakirələr aparılır, habelə ərazi nümayəndələrinə tapşırıqlar verilir.

 

Şərhlər bağlıdır.