Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin baş planı hazırlanır

Bu sözləri Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısın müavini İlham İsmayılov H. Əliyev Mərkəzində Mİngəçevir şəhərinin baş planının ilkin versiyasının təqdimatında söyləyib. O bildirib ki, baş plansız işin aparılması anormallıqlar yaradır. 2012-ci ilin oktyabrın 18-dən yeni planın hazırlanması üçün tender elan olunub, Sankt- Peterburq şəhərində fəaliyyət göstərən R.İ.S.K elmi-istehsalat şirkəti bu tenderi qazanıb və hazırda layihə davam edir.
Adı çəkilən şirkətin nümayəndəsi Vaqif Səfixanlının təqdim etdiyi slaydda baş planın cizgiləri görünüb. Vaqif bəy qeyd edib ki, təqdimat məlumatlandırma üçündür: “Bu, 5 mərhələli plandır. Hazırda 3-cü pillədəyik. 3 ay müddətində maraqlı şəxslərə baş planla ətraflı tanışlıq olmaq imkanı yaradılacaq. mingachevir-plan.blogspot.com saytına girməklə öz fikir və təkliflərinizi verə bilərsiniz. Gələn ilin aprelinə layihə tam hazır olacaq”.

Aytən Kosayeva

Şərhlər bağlıdır.