Mingəçevirdə seçki komissiyalarının üzvləri üçün 3 günlük seminar-məşğələ başlandı
Oktyabrın 15-də 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük seminar-məşğələyə başlanıb. Bu barədə müxbirimizə 47 saylı DSK-dan məlumat verilib. Bildirilib ki, seminarın ilk günündə MSK üzvü Bəxşeyiş Əsgərov seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq seçki prosesində müşahidəçilərin hüquq və vəzifələri barədə məruzə edib. Eyni zamanda Mingəçevir Şəhər İcra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Sahib Əliyev seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və başqa istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, onların seçki komissiyaları ilə səmərəli və qarşılıqlı əlaqələrinin qurulması kimi məsələlərə toxunub. Mingəçevir şəhər məhkəməsinin sədri Usaməddin Osmanov isə seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri haqda məlumat verib.
Növbəti günlərdə seminarlarda seçici siyahıları ilə iş qaydası, polis orqanlarının seçki komissiyaları ilə qarşılıqlı əlaqəsi, hazırlıq və seçkilərin keçirilməsi prosesi, seçki hüquqlarının pozulmasına görə məsuliyyət tədbirləri ilə bağlı məsələlər müzakirə olunacaq. DSK sədri Oqtay Məmmədov, şəhər polis şöbəsi rəsinin əvəz edən Rövşən Babayev və Mingəçevir şəhər prokurorunun müavini Balahüseyn Şabanov iştirakçılarla fikirlərini bölüşəcəklər.
Şərhlər bağlıdır.