Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “İntellekt akademiyası -2” layihəsinə başlandı

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilən Gənclər təşkilatları üçün qrant müsabiqəsinin qaliblərindən biri olan “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi “İntellekt Akademiyası-2” layihəsinin icrasına başlayıb. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə həyata keçirilən layihənin ilk günündə Mingəçevirdə yaşayan və şəhərin  ali, orta-ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr, məktəblilərlə yanaşı, Şəki və Ağdaş şəhərini təmsil edən komandalar da iştirak ediblər. Açılış zamanı çıxış edən “İşıqlı Gələcək” GİB-in icraçı direktoru Rəşad Qurbanov “İntellekt-Akademiyası” layihəsinə olan marağı və gənclərin mütəmadi xahişini nəzərə alaraq, layihənin ikinci mərhələsini keçirməyə qərar verdiklərini qeyd edib. Bununla yanaşı, intellektual yarışların gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsində, onların kollektiv oyunlara marağının artırılmasında böyük əhəmiyyət kəsb etdiyini bildirib. Sonda R. Qurbanov bütün komandalara uğurlar arzulayıb.

Ümumilikdə 12 komandanın mübarizə apardığı “Nə? Harada? Nə zaman?” formatında keçirilən ilk intellektual yarışda “Aberton” komandası I, “Panteon” komandası II, “Go” komandası isə III yerin sahibi olub. Qeyd edək ki, növbəti intellektual yarışlar “Quiz”, “Breyn-Ring” və “Xəmsə” formatında keçiriləcək.

Şərhlər bağlıdır.