Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məcburi köçkünlər üçün qəzet nəşr ediləcək

Oktyabrın 11-12-də Mingəçevir Media Mərkəzində Azərbaycanda Məcburi Köçkünlərlə iş şəbəkəsinin (“Birləşmiş imkanlar”) üzvləri üçün “Məcburi köçkünlərin sosial problemləri üzrə ictimai maraqların müdafiəsi kampaniyası” üzrə təlim keçirilib. Humanitar Tədqiqatlar Cəmiyyətinin (HTC) sədri Əvəz Həsənov şəbəkənin son toplantısından sonra baş verənlər haqqında məlumat verib. HTC-nın eksperti Bəxtiyar Aslanov sorğuların və tədqiqat işlərinin aparılması texnikası barədə danışıb. Təlim iştirakçıları məcburi köçkünlər üçün yaşayış məskənlərinin salnıması ilə bağlı proqramların monitorinqinin təşkil olunması barədə də məlumatlandırılıb.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev şəbəkənin informasiya siyasəti ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb. Qərara alınıb ki, noyabrdan etibarən şəbəkənin qəzetinin nəşrinə başlansın.
Təlimə toplşanlar şəbəkənin ictimai maraqlarının müdafiəsi üzrə Tbilisiyə səfəri də müzakirə edib və günün sonunda birgə sənədli filmə baxıblar.

Şərhlər bağlıdır.