Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə qeydə alınmış inzibati xətalar

Respublikadakı sabitlik, xalq təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, Mingəçevirdə də özünü göstərməkdədir. 2020-ci ildə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan əlaqədar orqanlar tərəfindən 12146 inzibati xəta aşkar edilmişdir ki, bu da 2019-cu illə müqayisədə 6 xəta və ya 0,1 faiz az deməkdir. Aşkar edilmiş inzibati xətalar əsasında 11981 şəxs haqqında qərar çıxarılmışdır ki, bu da əvvəlki illə müqayisədə 162 şəxs və ya 1,3 faiz azdır. Haqqında qərar çıxarılmış şəxslərdən 11788 şəxs və ya 98,4 faiz inzibati tənbeh olunmuşdur. Hesabat ilində inzibati tənbeh olunmuşlardan 10371 şəxs və ya 85,6 faiz cərimə olunmuşdur ki, bu da keçən ilə nisbətən 70 şəxs və ya 0,7 faiz, 758 şəxs və ya 6,4 faizinə digər tənbeh növləri tətbiq edilmişdir ki, bu da keçən ilə nisbətən 290 şəxs və 62,0 faiz, 40 şəxs və ya 0,4 faizinin xüsusi hüququ məhdudlaşdırılmışdır ki, bu da keçən ilə nisbətən 9 şəxs və 29,0 faiz, 54 şəxs və ya 0,5 faizinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir ki, bu da keçən ilə nisbətən 14 şəxs və 35,0 faiz artmış, 626 şəxs və ya 5,3 faiz xəbərdarlıq almışdır ki, bu da keçən ilə nisbətən 175 nəfər və ya 21,8 dəfə azalmış, 139 şəxs və ya 1,8 faiz həbs olunmuşdur ki, bu da keçən ilə nisbətən 36 şəxs və ya 35,0 dəfə artmışdır. Hesabat ilində 609156,0 manat cərimə tətbiq edilmişdir ki, bunun da 406441,9 manatı və ya 66,7 faizi inzibati xəta törətmiş fiziki və hüquqi şəxslər tərəfindən ödənilmişdir. 2019-cu illə müqayisədə müvafiq olaraq tətbiq edilmiş cərimələrin məbləği 199410,0 manat və ya 48,7 faiz, ödənilmiş cərimələrin məbləği isə 391021,9 manat və ya 26,4 dəfə artmışdır.

Təhlil zamanı aydın olmuşdur ki, cəmi qeydə alınmış inzibati xətaların;

  • 96-si və ya 0,79 faizi sağlamlıq əleyhinə olan inzibati xətalara görə;
  • 5-i və ya 0,04 faizi uşaq təlim tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə görə;
  • 15-i və ya 0,12 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar xətalara görə;
  • 1750-i və ya 14,41 faizi əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 154-ü və ya 1,27 faizi mülkiyyət əleyhinə olan inzibati xətalara görə;
  • 13-ü və ya 0,11 faizi ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 3-ü və ya 0,03 faizi təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulmasına görə;
  • 2-i və ya 0,02 faizi damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 38-i və ya 0,31 faizi hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalara görə;
  • 8211-i və ya 67,60 faizi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 9-u və ya 0,07 faizi yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulmasına görə;
  • 25-i və ya 0,21 faizi yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 20-i və ya 0,16 faizi ticarət qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 5-i və ya 0,04 faizi vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 839-si və ya 6,91 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə;
  • 929-u və ya 7,65 faizi idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 32-i və ya 0,26 faizi hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalardır.

2020-ci ildə tətbiq olunmuş cəmi cərimələrin;

 Sağlamlıq əleyhinə olan inzibati xətalara görə 71 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 14 nəfərinə və ya 19,7 faizinə 4300,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 600,0 manatı və ya 14,0 faizi ödənilmişdir. 4 nəfərinə və ya 5,6 faizinə həbs, 53 nəfərinə və ya 74,6 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

Uşaq təlim tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə əlaqədar xətalara görə 5 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına digər tənbeh növü tətbiq edilmişdir.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar xətalara görə 14 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 7 nəfərinə və ya 50,0 faizinə 2300,0 manat məbləğində cərimə tətbiq edilmişdir.7 nəfərinə və ya 50,0 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə 1749 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 1747 nəfərinə  247620,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 127160,0 manatı və ya 51,3 faizi ödənilmişdir.

Mülkiyyət əleyhinə olan inzibati xətalara görə 95 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 20 nəfəri və ya 21,1 faizinə həbs növü tətbiq edilmişdir.

Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara görə 13 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına və 8550,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 5461,0 manatı və ya 63,9 faizi ödənilmişdir.

Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması ilə əlaqədar olan inzibati xətalara görə 3 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 1 nəfərinə və ya 33,3 faizinə 30,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da hamısı ödənilmişdir.

Damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalara görə 2 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına cərimə tətbiq edilmişdir və 400,0  məbləğində cərimə tətbiq edilmişdir

Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalara görə 38 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 1480,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 938,4 manatı və ya 63,4 faizi ödənilmişdir.

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə 8198 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 8174 nəfərinə və ya 99,7 faizinə 315450,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 263964,5 manatı və ya 83,67 faizi ödənilmişdir. 3 nəfərinə və ya 0,03 faizinə həbs, 24 nəfərinə və ya 0,29 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması qaydaları əleyhinə olan inzibati xətalara görə 9 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısı  90,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 28,0 manatı və ya 31,1 faizi ödənilmişdir.

Yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalara görə 23 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 14 nəfərinə və ya 60,7 faizinə 3630,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 3030,0 manatı və ya 83,5 faizi ödənilmişdir.

Ticarət qaydaları əleyhinə olan inzibati xətalara görə 20 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 19 nəfərinə və ya 95,0 faizinə 2280,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 480,0 manatı və ya 21,1 faizi ödənilmişdir. 1 nəfərinə və ya 5,0 faizinə isə digər tənbeh növü tətbiq edilmişdir.

Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə 5 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 150,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 180,0 manatı və ya 20 faiz artiq ödənilmişdir

İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə 821 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 198 nəfərinə və ya 24,1 faizinə 11070,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 2050,0 manatı və ya 18,5 faizi ödənilmişdir. 6 nəfərinə və ya 0,7 faizinə həbs, 399 nəfərinə və ya 48,6 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə 690 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 401 nəfərinə və ya 58,1 faizinə xəbərdarlıq edilmişdir. 101 nəfərinə və ya 14,6 faizinə 10596,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 1310,0 manatı və ya 12,6 faizi ödənilmişdir. 104 nəfərinə və ya 15,1 faizinə inzibati həbs növü tətbiq edilmişdir.

Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalara görə 32 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 3 nəfərinə və ya 9,4 faizinə xəbərdarlıq edilmişdir. 29 nəfərinə və ya 90,6 faizinə 1210,0 manat məbləğində cərimə tətbiq edilmişdir. Tətbiq edilmiş cərimənin hamısı ödənilmişdir.

Mingəçevir Şəhər Statistika İdarəsi inzibati xətalara qarşı mübarizənin səmərəliliyini artırmaq üçün müvafiq səlahiyyətli orqanların öz işlərini günün tələblərinə uyğun qurması və əhalinin hüquqi biliklərə yiyələnməsinə, məlumatlandırılmasına nail olmaqda görür.

Şərhlər bağlıdır.