AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində “Gələcəyin marketoloqları” adlı təlim keçirilib

2021-ci ilin 20 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində “Marketinq” ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri Cavid Qəhramanov və Miryusif Məmmədli birinci, ikinci və üçüncü kurs tələbələrinə “Gələcəyin marketoloqları” adlı təlim keçiblər.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən təlimdə çıxış edən MDU-nun İqisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli MDU rəhbərliyinin tələbələrin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib və onlara ixtisaslarını sevərək təbliğ etdikləri üçün təşəkkürünü bildirib.

Təlimçi tələbələr marketinq ixtisası üzrə uğur qazanmağın yolları, gələcəyin marketoloqu üçün zəruri olan əsas dəyərlər, bu sahə üzrə tələb olunan bilik və bacarıqlar barədə ətraflı məlumat veriblər. Təlimdə mövzuya dair geniş fikir mübadiləsi aparılıb, universitet həyatında fəal iştirakın və könüllülük təcrübəsinin xüsusi əhəmiyyəti diqqətə çatdırılıb.

Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, MDU-da tədris prosesi ilə yanaşı, tələbələrin əlavə bilik və bacarıqlar qazanmasına imkan verən təlimlərin keçirilməsinə və səmərəli təhsil mühitinin təmin edilməsinə xüsusi diqqət yetirilir.

Daha çox

Oxşar yazılar

Close