Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə özbaşına, qanunsuz tikililər söküləcək

Ötən ilin 25 iyulundan Mingəçevirdə qanunsuz və özbaşına tikintilərin isökülməsinə başlanıb. İcra Hakimiyyəti başçısının sərəncamıyla özbaşına tikintilərə yol verilməməsi məqsədilə yaradılmış komissiyada Sağ sahil və AzDRES yaşayış massivləri üzrə işçi qrupunun və şəhər Bələdiyyəsinin sədri Coşqun Abdullayevin dediyinə görə, xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar hələ də məsuliyyətsiz hərəkətlərə yol verirlər: “Fazil Əzimov döngəsindəki 5 saylı evdə yaşayan Ağayev Baxşeyiş Durmuş oğlu evinin yaxınlığında, yüksək gərginlikli enerji xətlərinin altında yerləşən 0,12 ha torpaq sahəsini zəbt edərək, fərdi ev tikirdi. Bizim xəbərdarlığımızdan sonra söz vermişdi ki, daşını-kəsəyini söküb aparacaq. Bu gün səhər əraziyə növbəti baxış zamanı aydın oldu ki, o, dövlət qurumlarının nümayəndələrini aldatmaq fikrində imiş. O, daşı daş üstünə qoymaqla qanunsuz tikintini başa çatdırmaq istəyirmiş. Hətta darvaza qoymağa da vaxt tapmışdı. Burada hörgü aparan bənnanı da gördük. Buna görə də dərhal söküntüyə qərar verdik”. Mənzil Kommunal Təsərrüfatı Kombinatında çalışan işçilərin və mexanizmlərin köməyi və qanunsuz tikili aparan şəxsin iştirakilə söküntü başa çatdırılıb,.ərazi hasardan təmizlənib, darvaza isə yerindən çıxarılaraq, Baxşeyiş Ağayevə təhvil verilib. Proses komissiya üzvlərinin və polis nümayəndələrinin iştirakilə aparılıb və aktlaşdırılıb. Komissiya üzvlərinin iyulun 26-da yoxlaması zamanı Tacəddin Əliyevin şəhərin Bozdağ küçəsindəki 21A saylı ünvanda sahəsi 0,04 ha olan fərdi torpaq sahəsindən kənara çıxması (967 kv.metr sahədə tikinti apardığı) müşahidə olunub. Ona bildirilib ki, tikintiyə və əlavə torpaq sahəsinə dair sənədləri təqdim etsin, əks təqdirdə söküntü işlərinə başlanacaq. Komissiya üzvləri şəhərin sol sahil hissəsində də qanunsuz tikililərin sökülməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlər aparırlar. Özbaşına tikintilərə yol verilməməsi məqsədilə təşkil olunan komissiya Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 73 saylı 19 iyul 2018-ci il tarixli sərəncamı ilə yaradılıb.

Şərhlər bağlıdır.