Mingəçevirdə növbəti könüllülər qrupuna sertifikatlar verildi
Mingəçevir Şəhər İcra Hakimiyyəti 10-cu dəfə (hərəsi 2 ay müddətində olmaqla) könüllülərini yola salıb. Yanvarın 14-də İcra Hakimiyyəti başçısı İlham İsmayılov aparatda təcrübə keçən könüllüləri qəbul edib, onlara sertifikatlarını təqdim edib. Gənclər İH aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.
Şərhlər bağlıdır.