Respublikanın sənaye mərkəzlərindən bir olan Mingəçevirdə dövlət qulluğuna aid olan 11 idarə və təşkilat fəaliyyət göstərir.
2019-cu il yanvar ayının 1-nə həmin idarə və təşkilatlarda 251 nəfər ştat cədvəli üzrə dövlət qulluqçusu vəzifəsi təsdiq olunduğu halda faktiki olaraq dövlət qulluğu vəzifələrində çalışan işçilərin sayı 222 nəfərdir. Dövlət qulluğunda çalışan işçilərin 122 nəfər və ya 55,0 faizi kişilər, 100 nəfər və ya 45,0 faizi qadınlardır.
Dövlət qulluğunda işləyənlərin 153 nəfər və ya 68,9 faizi inzibati vəzifələrin 4-7-ci təsnifatları üzrə, 69 nəfər və ya 31,1 faizi isə dövlət qulluğunun yardımçı vəzifələrində çalişirlar.
Dövlət qulluğuna aid olmayan qulluqçuların sayı 9 nəfər, binaya xidmət və mühafizəçi heyətin sayı 3 nəfərdir.
Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 10,4 faiz və ya 16 nəfəri 30 yaşa qədər, 15,7 faiz və ya 24 nəfəri 30-34 yaşda, 30,7 faiz və ya 47 nəfəri 35-44 yaşda, 16,3 faiz və ya 25 nəfəri 45-54 yaşda, 19,0 faiz və ya 29 nəfəri 55-62 yaşda, 5,9 faiz və ya 9 nəfəri 63-64 yaşda və 2,0 faiz və 3 nəfəri isə 65 və yuxarı yaşda olanlardır. Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 66,0 faiz və ya 101 nəfəri 35-62 yaşda olanlardır.
Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyən qadınların 2,2 faiz və ya 1 nəfər qadın 30 yaşa qədər, 17,8 faiz və ya 8 nəfər qadın 30-34 yaşda, 31,1 faiz və ya 14 nəfər qadın 35-44 yaşda, 20,0 faiz və ya 9 nəfər qadın 45-54 yaşda, 11,1 faiz və ya 5 nəfər qadın 55-59 yaşda, 13,3 faiz və ya 6 nəfər qadın 60-64 yaşda və 4,5 faiz və ya 2 nəfəri isə 65 və yuxarı yaşda olanlardır. Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyən qadınların 62,2 faiz və ya 28 nəfəri 35-59 yaşda olan qadınlardır.
Dövlət qulluğunun yardımçı vəzifələr üzrə işləyənlərin 15,9 faiz və ya 11 nəfəri 30 yaşa qədər, 8,7 faiz və ya 6 nəfəri 30-34 yaşda, 15,9 faiz və ya 11 nəfəri 35-44 yaşda, 29,0 faiz və ya 20 nəfəri 45-54 yaşda, 29,0 faiz və ya 20 nəfəri 55-62 yaşda, 1,5 faiz və ya 1 nəfəri 65 və yuxarı yaşdadır. Dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyənlərin 73,9 faiz və ya 51 nəfəri 35-62 yaşdadır.
Dövlət qulluğunun yardımçı vəzifələr üzrə işləyən qadınların 12,7 faiz və ya 7 nəfəri 30 yaşa qədər, 7,3 faiz və ya 4 nəfəri 30-34 yaşda, 14,5 faiz və ya 8 nəfəri 35-44 yaşda, 32,7 faiz və ya 18 nəfəri 45-54 yaşda, 32,7 faiz və ya 18 nəfəri 55-59 yaşdadır. Dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyən qadınların 80,0 faiz və ya 44 nəfəri 35-59 yaşdadır.
4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışanların 2,0 faiz və ya 3 nəfəri yerli icra başçısının müavinləri, 9,1 faiz və ya 14 nəfəri şöbə müdirləri, 4,6 faiz və ya 7 nəfəri şöbə müdirinin müavinləri, 9,1 faiz və ya 14 nəfəri sektor müdirləri, 21,6 faiz və ya 33 nəfəri baş məsləhətçilər, 7,2 faiz və ya 11 nəfəri böyük məsləhətçilər, 24,8 faiz və 38 nəfəri aparıcı məsləhətçilər və 21,6 faiz və ya 33 nəfəri məsləhətçilərdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 86,0 faiz komplektləşdirilmişdir.
Yardımçı vəzifələrdə çalışanların 92,8 faiz və ya 64 nəfəri baş mütəxəssislər, 4,3 faiz və ya 3 nəfəri böyük mütəxəssislər və 2,9 faiz və ya 2 nəfəri aparıcı mütəxəssislərdir. Yardımçı vəzifələrin ştat cədvəli üzrə vəzifələr 94,5 faiz komplektləşdirilmişdir.
Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 9,8 faiz və ya 15 nəfəri 1 ilə qədər, 9,8 faiz və ya 15 nəfəri 1 ildən 5 ilə qədər, 20,3 faiz və ya 31 nəfəri 5 ildən 10 ilə qədər, 18,9 faiz və ya 29 nəfəri 10 ildən 15 ilə qədər, 41,2 faiz və ya 63 nəfəri isə 15 il və daha çox qulluq stajına malik olanlardır.
Dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyənlərin 16,0 faiz və ya 11 nəfəri 1 ilə qədər, 18,8 faiz və ya 13 nəfəri 1 ildən 5 ilə qədər, 11,6 faiz və ya 8 nəfəri 5 ildən 10 ilə qədər, 10,1 faiz və ya 7 nəfəri 10 ildən 15 ilə qədər, 43,5 faiz və ya 30 nəfəri isə 15 il və daha çox qulluq stajına malik olanlardır.
Şərhlər bağlıdır.