Elm və təhsilMDUMingəçevir

MDU-da Karyera mərkəzinin təşkilati dəstəyi ilə təlim keçirilib

Mingəçevir Dövlət Universiteti Karyera mərkəzinin direktoru Üzeyir Zeynalov növbəti təlimin CV-nin tərtib olunması və hazırlanması qaydalarının öyrənilməsinə həsr edildiyini qeyd edib. Təlim “Sənayenin təşkili və idarəetmə” kafedrasının baş müəllimi Zaur Rəsulov tərəfindən keçiriləcəyini bildirib.

Tələbələri salamlayan Zaur Rəsulov bildirib ki, CV və onun tərtibi karyera qurulmasının ilk mərhələlərində diqqət yetiriləcək məqamlardandır. CV (Curriculum vitae – latıncadan tərcümədə həyatın gedişi, həyatın axarı  deməkdir) – bacarıqlar, iş təcrübəsi, təhsil üzrə zəruri məlumatları özündə əks etdirən sənəddir. CV kadr sənədlərinə daxildir, şəxsin təhsilini və işgüzar fəaliyyətini müəyyənləşdirən məlumat və anket xarakterli sənəddir. Adətən, işə qəbulolma sənədi sayılır. Burada şəxs özü haqqında bütün məlumatları müəyyən (xronoloji) ardıcıllıqla izah edir, təhsili və işgüzar fəaliyyətini konkret olaraq qeyd edir.

Zaur Rəsulov müsabiqə və kadr seçimi edilərkən müəssisələr tərəfindən şəxs haqqında geniş məlumatlar almaqdan və həmin məlumatları dəqiqləşdirməkdən ötrü müraciət etmiş şəxsin peşəyönümünü, işgüzar qabiliyyətini, bacarığını bilmək üçün şəxs tərəfindən yazılmış CV kadr seçimində əsas rol oynadlğını qeyd edib.

Təlimçi vurğulayıb ki, hər bir qapını açan üçün dərhal bir iş sahibi edəcək “mükəmməl CV” yoxdur. Bir xülasənin məqsədi sizi iş görüşməsinə çağırmaqdır. CV-nin vəzifəsi qapı aralamaqdır. CV-niz, gələcək işəgötürəninizin sizdən alacağı ilk təəssüratıdır. CV vasitəsi ilə şəxslə görüşmədən onun haqqında məlumat alınır və şəxsin müraciət etdiyi peşəyə və ya vəzifəyə uyğunluğu araşdırılır. Yaxşı və dürüst tərtib olunmuş CV ilə iş üçün müraciət etdikdə nəticənin də müsbət olması ehtimalı daha çox olur. Bu faktdır ki, bəzi CV-lər həqiqətən də diqqət çəkir, bəziləri isə cavabsız qalır. Ona görə də, insanlar bu vacib işə saatlarını, hətta günlərini sərf edirlər. Xüsusilə özünə ilk iş yeri axtaranlar üçün bu proses daha çətin olur.

CV-nin strukturu haqqında məlymat verən Z.Rəsulov qeyd edib ki, müxtəlif ölkələrdə xülasə və ya CV strukturu fərqli ola bilər. CV-də ərizəçinin adətən şəxsi məlumatlar; ailə vəziyyəti haqqında məlumatlar; ünvan və telefon nömrələri; təhsili haqqında məlumatlar; dil bilgiləri haqqında məlumatlar; kompüter bilgiləri haqqında məlumatlar; əlavə məşğuliyyət haqqında məlumatlar; əlavə getdiyi kurslar haqqında məlumatlar; iş təcrübəsi haqqında məlumatlar və s. məlumatları öz əksini tapır.

Təlim zamanı həmçinin CV-nin tərtibi zamanı riayət olunacaq tələbələr, iddiaçıların yol verdikləri səhvlər barəsində də məlmat verilib.

Təlimdə diqqət çəkəcək məqam yaxınlarda e-hökumət portalında e-CV-nin istifadəyə veriləcəyi olub. Belə ki, İşəgötürən müəssisələrin və şirkətlərin aidiyyatı strukturları bəzən CV-lərdəki məlumatların dürüst olmadığının şahidi olurlar ki, bu da hər iki tərəfin lüzumsuz vaxt itkisinə gətirib çıxarır. “Elektron hökumət” portalının təqdim edəcəyi “Elektron CV xidməti” sayəsində bu problem əsaslı şəkildə həll olunacaq. Bu CV-ləri hər kəs portalda aidiyyatı elektron xidmətə daxil olmaqla işləmək arzusunda olduğu istənilən müəssisəyə elektron şəkildə təqdim edə biləcək. Bu CV-lər işə qəbul olmaq istəyənlərlə yanaşı işəgötürənin də işini xeyli asanlaşdıracaq.

Z.Rəsulov bir necə dövlət qurumunun İnformasiya Sistemindən istifadə edilərək yaradılacaq elektron CV-lər obyektiv, dəqiq, ətraflı olmaqla bərabər, işəgötürənin qiymətləndirmədə yanılma riskini də minimuma endirəcəyini qüyd edib.  Bu elektron xidmət nəticəsində həm də saxta diplomlardan istifadə halları birmənalı olaraq aradan qalxmış olacaq.

Bununla yanaşı Z.Rəsulov təlimdə iştirak edənləri “ağıllı” CV proqramlarının köməyilə hazır CV formalarından istifadə imkanları haqqında məlumatlandırıb. Bu imkanların müxtəlif mobil telefonlarda, yaxud Microsoft Word proqramında mümkünlüyü barədə izahat verib, https://cvlogin.com, https://europass.cedefop.europa.eu internet səhifələrində CV-nin hazırlanması qaydalarını başa salıb.

Təlimin sonunda iştirakçılarla konkret CV nümunəsi doldurularaq nəzəri biliklər parakiki cəhətdən möhkəmləndirilib və tələbələri maraqlandıran suallar cavablamdırılıb.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close