Mingəçevirdə minik maşını yanıb, sahibi xəsarət alıb
Mingəçevirdə minik maşını yanıb, sahibi yanıq xəsarətləri alıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Səməd Vurğun meydanı yaxınlığında baş verib.
Belə ki, 1955-ci il təvəllüdlü usta Vəliyev Vəli Şakir oğlu öz avtomobilində təmir işləri apararkən maşın qəfil alovlanıb. Hadisə yerinə gələn FHN-nin yanğınsöndürmə briqadası yanğını söndürüb və maşının digər hissəsini yanğından mühafizə edib. Hadisə zamanı maşının sahibi olan və şəhərdə “Usta Vəli” kimi tanınan yaşlı kişi bədənin və üzün müxtəlif nahiyələrindən xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Şərhlər bağlıdır.