Hadisə

Mingəçevirdə yaşayış binasında qaz partlayışı olub

Yaralı koma vəziyyətdə xəstəxanaya yerləşdirilib

Mingəçevirdə mənzildə qaz partlayışı olub yaralanan var. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə bir qədər əvvəl baş verib.

Belə ki, hadisə Nəriman Nərimanov küçəsi 41 saylı yaşayış binasının 39-cu mənzilində baş verib. Vanna otağında qaz cihazı partlayıb.

Aidiyyatı qurum təmsilçiləri qapını açaraq köməksiz vəziyyətdə qalan 1984-cü il təvəllüd Məmmədova İlahə Məhəmməd qızını təhlükəsiz sahəyə çıxarıb və həkim briqadasına təhvil verib.

Yaralı koma vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı yanğın və digər təhlükələrin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close