Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə minik maşını mikroavtobusla toqquşub

Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar varAPA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində, Xaldan şosesinə çıxış istiqamətində baş verib.

“VAZ-21099” markalı minik maşını yük daşıyan kiçik tutumlu “Ford” markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3-nə yerindəcə yardım edilib. İki qadın sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.