Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə minik maşını dirəyə çırpılıb, bir nəfər xəsarət alıb

Mingəçevir şəhərinin Heydər Əliyev prospektində – Yüksək Texnologiyalar Parkı ilə Avtovağzal yolunda yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, idarəetmədən çıxan “VAZ”  markalı avtomobil işıq dirəyinə çırpılıb. Avtomobil sonra yaşıllıq zolağa girərək iki ağacı yararsız vəziyyətə salıb. Qəza nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Fuad Niyam oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.