Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə kimlər bələdiyyə üzvü ola bilər?

Dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərinə bir aydan da az vaxt qalır. Bəs seçki öncəsi vəziyyət necədir? Bütün işlər təqvim planına uyğun aparılırmı?

47 saylı DSK-nın sədri Oqtay Məmmədovun dediyinə görə, indiyədək dairə və məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması üçün treninqlər təşkil olunub. Seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələrin aparılması məqsədilə seçici siyahıları məlumat lövhələrində yerləşdirilib. Bütün məntəqələr tam hazır vəziyyətə gətirilib, ehtiyat enerji üçün generatorlarla təmin edilib. Dairənin ərazisindəki 12 mənrəqədə seçkini internet üzərindən müşahidə etmək üçün veb kameralar quraşdırılıb.  Ü.Hacıbəyli adına 1 saylı musiqi məktəbinin 110 nəfərlik akt zalı qapalı tədbirlərin keçirilməsi üçün ayrılıb.

Müsahibimiz məlumat verdi ki, Mingəçevir 2 seçki dairəsini əhatə etdiyindən seçkini 47 və 49 saylı DSK-lar və onların yerlərdəki məntəqələri aparacaqlar: “Bizim dairədə 30, digərində isə 12 məntəqə yerləşir. Onlar nəticələri seçkinin sonunda DSK-ya təqdim edəcək və buna uyğun yekun protokol tərtib olunacaq”.

O.Məmmədov iki dairə üzrə Mingəçevir Bələdiyyəsinə 60 nəfərin namizəd qeydə alındığını da diqqətə çatdırdı: “47 saylı dairənin əhatə etdiyi ərazidə 55 nəfər müraciət etmişdi. Onların üçü götürdüyü imza vərəqələrini nəzərdə tutulan vaxta – noyabrın 22-də saat 18-ə qədər qaytarmadı. Qalan 52 nəfər isə qeydiyyata alınıb”.

49 saylı dairədə də namizədliyi irəli sürülən və imza vərəqələrini təhvil verən  8 nəfərin hamısı seçkiyə qatıla biləcək.

Öyrəndik ki, hər iki dairədən seçkiyə 19 nəfər Yeni Azərbaycan, 1 nəfər “Ana Vətən”, 2 nəfər “Ümid”,  2 nəfər isə   Azərbaycan Demokratik İslahatlar Partiyasının siyahısı üzrə, 36 nəfər isə  fərdi təşəbbüsü ilə qatılıb. Fərdi təşəbbüslə gələnlərdən ikisi YAP, biri BAXCP, biri isə ANAP-ın üzvüdür.

Mingəçevirdə bələdiyyə üzvlüyünə qeydə alınmış namizədlərin siyahısını təqdim edirik:

Sıra sayı Namizədin soyadı, adı, atasının adı, təxəllüsü (əlifba sırası ilə) Kim tərəfindən irəli sürülüb Namizədin partiya mənsubiy-yəti onun arzusu ilə göstərilə bilər
Ö Siyasi

partiyanın

 qısa adı

 47 saylı Mingəçevir seçki dairəsi üzrə

1. Abdullayev Əli Cəfər oğlu Özü Bitərəf
2. Abdullayeva Məhəbbət Məmmədhənifə qızı Özü Bitərəf
3. Abdullayeva Xədicə Muradxan qızı Özü Bitərəf
4. Adilbəyli Böyükkişi Adil oğlu Özü Bitərəf
5. Baxışov İlham Həsən oğlu Özü Bitərəf
6. Baxşəliyeva Natəvan Savalan qızı Özü Bitərəf
7. Bayramova Sevinc Elman qızı YAP YAP
8. Cavadov Taleh Şahin oğlu Özü Bitərəf
9. Cəbrayılova Jalə Bəxtiyar qızı YAP YAP
10. Əliyev Əli Səhrab oğlu YAP YAP
11. Əliyev Ramiz Salman  oğlu YAP YAP
12. Əliyev Rəşad İslam oğlu Özü Bitərəf
13. Əliyeva Fəzilət Gəray qızı Özü Bitərəf
14. Eminova Çinarə Vidadi qızı YAP YAP
15. Əmirova Nuranə Fuad qızı Özü Bitərəf
16. Fərzəliyeva Aygün Faiq  qızı Ümid Parti-yası Azərbaycan Ümid Partiyası
17. Hacıyev Mircəmil Nurməmməd oğlu Özü YAP
18. Hacıyeva Könül Hüseyn qızı Özü Bitərəf
19. Həsənov Fikrət İsmixan oğlu YAP YAP
20. Həsənov Şakir İlyas oğlu Özü Btərəf
21. Həsənova Günel Hüseyn qızı YAP YAP
22. Həşimov Hüseyn Zaman  oğlu YAP YAP
23. Heydərov Nemət Qurban oğlu Özü BAXCP
24. Hüseynov Azər Akif oğlu YAP YAP
25. Hüseynov Hafiz Ədalət oğlu Özü Btərəf
26. Hüseynov Nəriman Hüseyn  oğlu Özü Btərəf
27. Hüseynov Sahib Teymur oğlu Özü Btərəf
28. Hüseynova Sevinc Suryel qızı YAP YAP
29. Kazımov Əliyusif Yusif oğlu Özü Bitərəf
30. Kərimov Süleyman Salman oğlu Ümid Parti-yası Azərbaycan Ümid Partiyası
31. Mahmudov Natiq Firdovsi oğlu AVP AVP
32. Məmmədov Rəsul Teymur oğlu YAP YAP
33. Məmmədov Yaşar Əlövsəd oğlu Özü Bitərəf
34. Məmmədova Gülnar Novruz qızı Özü Bitərəf
35. Mustafayev Şəhriyar Yolçu oğlu YAP YAP
36. Mustafayeva Azadə Sucəddin qızı Özü Bitərəf
37. Nağıyeva Tellər Cəbrayıl qızı Özü Bitərəf
38. Nəbiyev Nəbi Vəli oğlu Özü YAP
39 Piriyev Ramin Nizami oğlu Özü Bitərəf
40. Qarayev Asif Maarif oğlu Özü Bitərəf
41. Qarayev Rəfael Ağakişi oğlu Özü AKP
42. Qasımlı Zahid Allahverən oğlu Özü Btərəf
43. Quliyev Emil Ələmdar oğlu Özü Bitərəf
44. Quliyeva Ədalət Abid qızı YAP YAP
45. Saadov Elçin Vəlyəddin oğlu Özü Azərbaycan Naminə Alyans Partiyası
46. Sadıxov Vaqif Ağaqulu oğlu Özü Btərəf
47. Seyidov Ruslan Ağamir  oğlu Özü Bitərəf
48. Yəhyayev Xətai Nəriman oğlu Özü Bitərəf
49. Yusibəliyeva Gültəkin Rafiq qızı YAP YAP
50. Yusibova Səadət Əfqan qızı YAP YAP
51. Yusifov Elşad Müysüf oğlu Özü Bitərəf
52. Zeynalov Fikrət Qüdrət oğlu YAP YAP

 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə

1 Bayramova Qumru Elşad qızı YAP YAP
2 Əzizov Sahib Sadəddin oğlu YAP YAP
3 İsmayılova Şəhla Allahverdi qızı Özü
4 İsmayılzadə Günel Füzuli qızı YAP YAP
5 Mustafayev Xəqani Bəhram oğlu Özü Bitərəf
6 Nağıyev Elməddin Namiz oğlu ADİSP ADİSP
7 Nağıyev Vüqar Sadıq oğlu ADİSP ADİSP
8 Yusubov İsgəndər Qiyas oğlu Özü Bitərəf

Şərhlər bağlıdır.