Mingəçevirdə gənc mədəniyyət işçilərinin könüllülər qrupu yaradılıb
Yanvarın 13-də Heydər Əliyev Mərkəzində “Mədəniyyətimizdə, cəmiyyətdə və sosial şəbəkələrdə gənc könüllülərin rolu” adlı dəyirmi masa keçirilib. Bərdə Regional Mədəniyyət İdarəsi və onun Mingəçevir şəhər Nümayəndəliyinin təşkil etdiyi tədbir gənc mədəniyyət işçilərinin kreativ qrupunun və mədəniyyət könüllülərin iştirakilə baş tutub.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktor əvəzi Tutu Xanlarova, “Zəmanətimiz-Nəticəmizdir” kompüter kurslarının rəhbəri Emil Xanlarov, Mingəçevir Mədəniyyət Kreativ qrupunun rəhbəri Nahid Musayev, Tarix Muzeyinin əməkdaşı Camal Əhmədov, Mingəçevir Mədəniyyət Nümayəndəliyi əməkdaşı Cavid Əliyev mövzu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd ediblər ki, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatından hesab edilən könüllülük insanları vahid niyyət ətrafında birləşdirir. O. həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Şərhlər bağlıdır.