Mingəçevirdə ekologiya günü
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı və “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi çərçivəsində noyabrın 25-də Mingəçevirdə ekologiya gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib. Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli nümayəndəliyi və mənzil istismar sahəsinin (MİS) dəstəklədiyi aksiyaya Avtovağzal-2 qəsəbəsindən 20 nəfərdən çox insan qoşulub. Onlar 130 ədəd akasiya və şam ağacı əkib, ağacların dibini yumşaldıb, yaşıllıqlara aqrotexniki qulluq göstərib, digər abadlıq işlərini icra ediblər.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Şərhlər bağlıdır.