Mingəçevirdə COVİD-19 xəstəsinə cinayət işi açılıb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Ş.Əhmədovaya ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq, yaşadığı ünvanı tərk edib. Əraziyə həkim briqadası dəvət olunub və Ş.Əhmədova yaşadığı ünvana geri qaytarılıb.
Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə və ictimai yerlərə çıxaraq, digər şəxslərin də həyatına ciddi təhlükə yaradan Ş.Əhmədova barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.
Şərhlər bağlıdır.