Mingəçevirdə zəhərlənmə hadisəsi qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsi, 41 ünvanında baş verib.
Ana və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərlənərək halsız duruma düşüb. 1987-ci il təvəllüdlü ana Vəsilə Yusifova, qızı 2013-cü il təvəllüdlü Nərmin Elçin qızı Yusifli və 10-12 yaşlı daha bir qız övladı təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ailədaxili münaqişə zəminində qadın özünü öldürmək istədi 15 yaşlı yeniyetmə suda batıb
Şərhlər bağlıdır.