Təqribən 35-39 yaşlarında olan şəxs 8 yaşlı qonşusuna təcavüz edib. Hadisə şəhərin M.Maqomayev prospektindəki 73 saylı binanın zirzəmisində baş verib. Təqribən 35-39 yaşlarında olan Ağali Sadıqov 8 yaşlı qonşusunu aldadaraq, zirzəmiyə çəkib və orada ona təcavüz edib. Əldə olunan məlumata görə, Ağəli Sadıqov narkotika düşkünüdür və deyilənə görə bu, heç də haqqında danışılan azyaşlıyla birinci cinayət əməli deyil. Hadisə barədə başqalarının xəbər tutduğunu bilən kimi gizlənməyə çalışıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Əldə olunan ilkin məlumata əsasən, A.Sadıqov dəfələrlə azyaşlını cinsi istismara məruz qoyaraq, qeyri-təbii yolla cinsi münasibət qurub. Məhəllə uşaqları bu bardə zərərçəkənin doğmalarına məlumat verdikdən sonra uşaq hər şeyi etiraf edib.
Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.
Ehtiram Muradlı
Şərhlər bağlıdır.