Mingəçevirin sağ sahil hissəsində, Züleyxa Həsənova küçəsindəki 2 saylı binada 60 ailə məskunlaşıb. Sakinlərin sözlərinə görə, yağış ardından külək olduqda və günün müxtəlif saatlarında binanın fasad hissəsindəki daşlar hündürlükdən səs-küylə yerə düşərək, insanları qorxuya salır. Ağırlığı 10 kiloqrama yaxın olan daşlar hər an bədbəxt hadisəyə yol aça bilər. Bu səbəbdən bina sakinlər avtomobillərini öz həyətlərində saxlamırlar.
Sakinlər vəziyyətdən çıxış yolu kimi üzlüklərin sökülməsi təklif edirlər. Şəhər İcra Hakimiyyətindən isə müxbirimiz Esmira Hidayətovaya bildiriblər ki, məsələ ilə bağlı onlara müraciət edilməyib.
Şərhlər bağlıdır.