Hadisə

Mingəçevirdə 2 otaqlı həyət evi əşyaları ilə birlikdə yandı

Bu gün, yanvarın 30-da səhər saat 6.50-də  Mingəçevirdə,  Nəsimi küçəsindəki 52 saylı evdə yanğın baş verib. Nəticədə Yavər Məhərrəmova məxsus 1 mərtəbəli  2 otaqlı həyət evi əşyaları ilə birlikdə yanaraq, sıradan çıxıb. Mingəçevir Yanğından Mühafizə Xidməti əməkdaşlarının səyi bahasına  yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Ev sahibi yanğnın qaz sobasından baş verdiyini deyib. O, səhər qazı yandırarkən  boruda olan sızma evin yanmasına səbəb olub.

Daha çox

Oxşar yazılar

Close