Düşmən üzərində tarixi aprel zəfərinin növbəti ildönümü münasibətilə kollecdə təşkil olunan anım tədbirində Mingəçevirli aprel şəhidlərinin doğmaları-kiçik çavuş Rüstəm Əhmədovun atası Oruc Əhmədov və anası Saqibə Əhmədova, gizir Teymur Qasımovun anası Gülnarə Qasımova və döyüşçü Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevə, həmçinin çoxsayda dəvətli qonaqlar iştirak edib.
Öncə hərbi marşın sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirilib və ardınca Dövlət Himni ifa olunub. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycan Ordusunun aprel döyüşləri və bu savaşda Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqdan ətraflı söhbət açıb. O həm də bildirib ki, kollecdə “Aprel döyüşləri” muzeyi yaradılacaq, mingəçevirli şəhid döyüşçülər haqqında kitab hazırlanacaq, xüsusi bülletenlər buraxılacaq. Oruc Əhmədov övladı, Vüsalə Tağıyeva isə həyat yoldaşı ilə bağlı ən xoş xatirələrini paylaşıb.
Daha sonra hərbi geyimli tələbə özfəaliyyət qrupunun ifasında hərbi marşlar və döyüş nəğmələri təqdim olunub.
Şərhlər bağlıdır.