31 mart Azərbaycanlıların Soyqırım günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub. “Azərbaycanlıların Soyqırımı və deportasiyası qurbanları” mövzusunda dəyrimi masa ətrafı müzakirələr təşkil olunub, istedadlı tələbələr arasında rəsm və inşa müsabiqəsi keçirilib, divar qəzetlərinin xüsusi buraxılışları hazırlanıb və tələbələrin əl işlərindən ibarət xatirə sərgisi təşkil edilib, Azərbaycanlıların soyqırım və deportasiyasından bəhs edən sənədli film nümayiş olunub. Tədbirlər silsiləsi elmi-nəzəri konfransla davam edib. Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov bədnam erməni qonşularımız tərəfindən Azərbaycan xalqının əsrlər boyu məruz qaldığı təqib, işgəncə və soyqurım siyasətindən çoxsaylı faktlar açıqlayıb. Ardınca konfransın digər məruzələri dinlənilib.
Konfrans tələbə özfəaliyyət qrupu fəallarının ədəbi-bədii kompozisiyası ilə başa çatıb.
Şərhlər bağlıdır.